Xalq-dövlət birliyi
Xalq-dövlət birliyi.
Xalq – dövlət birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Xalq – dövlət birliyi xalqımızın gözəl yaşaması üçün zəmin yaradır.27 sentyabrda başlanan və 44 gün davam edən əks hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi.44 gün davam edən Vətən müharibəsi ölkəmizə qələbə qazandırdı. Noyabr ayının 10-da Ermənistanın kaputilyasıyasını etiraf etməsi ilə imzalanan Bəyanat ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi.
Yəqin ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqın yanında olmaqdan ibarət olub. Azərbaycanın möhtəşəm qələbəsindən cəmi bir həftə sonra baş verə biləcək bütün təhlükələrə baxmayaraq Ali Baş Komandanımız cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmış Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Ölkə başçımız xalq tərəfindən coşqu və izdihamla qarşılandı. Qələbədən sonra bölgələrə ilk səfərlərini edən cənab Prezident sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Sentyabr ayının 13-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətdi. Bu da onu göstərir ki, Ermənistan öz fitnəkarlığından və cinayətindən əl çəkmir. Baş verən insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.
Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Xalq – dövlət birliyi milli birliyimizdir. Bir sözlə, Azərbaycanda ən şad günlərdə də, ən ağır günlərdə də lider öz xalqının, xalq da öz liderinin yanındadır.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya
Şərh yazılmayıb.