Ermənistanı niyə tənqid etmirlər?
Ermənistanı niyə tənqid etmirlər?
Azərbaycan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Dövlətimiz Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağı təklif edib. Amma Ermənistan sülh təşəbbüslərinə adekvat cavab vermir.
Rəsmi İrəvan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb. Eyni zamanda, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirib, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub. Son günlər baş verən gərgin hadisələr zamanı da Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alır, torpaq bütünlüyümüz uğrunda döyüşür.
Belə bir taleyüklü məqamda xalqımız bir yumruq kimi həmrəylik nümayiş etdirərək Prezidentimizin və şanlı ordumuzun ətrafında sıx birləşib. Amma bəzi radikal müxalifət nümayəndələri bu hadisələrdən özləri üçün siyasi divident qazanmağa çalışırlar. Belə bir dövrdə xaricdən maliyyələşən ünsürlərin, eləcə də, özünü müxalif adlandıranların Ermənistanı açıq aşkar dəstəkləyən açıqlamaları xalqımıza, şəhidlərimizin ruhuna ən böyük xəyanətdir. İçimizdəki düşmənləri tarix heç zaman bağışlamayacaq. Onların ermənilərin maraqlarına uyğun mövqeyi cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanır. Onlara kim haqq verib ki, şəhid adından sui-istifadə etsinlər? Bu gün şəhid ailələri məğrur dayanıblar, onlar öz övdladları ilə qüruru duyurlar. Radikal müxalifətin anti-milli mövqeyini ilk tənqid edənlər arasında şahid ailələri dayanır. Vətəni düşünməyən xainlərə ən gözəl cavabı şəhid ata və anaları “Vətən sağ olsun” ifadəsi ilə verirlər.
Düşmən təxribatlarını dəf edən ordumuzu, dövlətimizi tənqid edənlər Ermənistanı niyə tənqid etmirlər? Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir. Eləcə də, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Əslində, biz bunlardan təəccüblənmirik. Çünki bu, həmin ölkələrdir ki, 30 il ərzində erməni işğalına susdular, 44 günlük Vətən Müharibəsində günahsız körpələrin öldürülməsinə göz yumdular. İndi isə ikili standartlar sərgiləyərək, bizi haqsız yerə günahkar adlandırırlar. Azərbaycan xalqı bu yanaşmanı qəbul olunmaz hesab edir. Radikal müxalifət nümayəndələri də bu ölkələrin maraqlarından çıxış edirlər. Xalqımız kimin kim olduğunu yaxşı bilir. Ona görə də, radikalların cəmiyyətimizdə heç bir dəstəyi yoxdur. Biz xalq olaraq, Prezidentimizin qətiyyəti, siyasi iradəsi və şanlı ordumuzun, qəhrəman oğullarımızın sayəsində bundan sonra da erməni təxribatlarının qarşısını alacağıq. Biz sülh istəyirik və düşməni də sülhə məcbur edəcəyik.
Rasim Hüseynov-Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.