Huquqaz.com

Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günə düşməndən azad edildi

05.05.2022
1.886
Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günə düşməndən azad edildi

Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günə düşməndən azad edildi

Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməkdədir. Dövlət başçımız digər bütün sahələr kimi ordu quruculuğu istiqamətində də mühüm addımlar atmış, Azərbaycan ordusunun müasir silahlarla təchizatı, kadr potensialının gücləndirilməsi, orduda döyüş bacarığının və vətənpərvərlik əhval-ruhiyyəsinin artırılması kimi mühüm amilləri hər zaman diqqət mərkəzində saxlamışdır. Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub. Uzun illər ərzində güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi.
Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günə düşməndən azad edildi. Müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü və tarixi ədaləti öz ordusu və öz gücü hesabına bərpa etdi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya bir daha erməni vandalizminin şahidi oldu. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Digər ərazilərimiz kimi bizim rayonun ərazisi də düşmən işğalının acı nəticələrini yaşamalı olub. İşğal illərində Füzuli şəhəri və kəndlərimiz dağıdılmış, yandırılmış, tarixi-mədəni abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız yerlə yeksan edilmiş, təhqir olunmuş, hətta məzarlıqlarımız belə talanmışdır. Qəhrəman ordumuz Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraq asmağa bir salamat bina belə tapılmamışdır. Erməni işğalçıları tərəfindən rayonumuzun turizm potensiallı əraziləri – meşələrimiz, su mənbələrimiz ekoloji terrora məruz qalmışdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərhlər

Şərh yazılmayıb.