Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr
Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr
Azərbaycan – İtaliya münasibətləri tarixi köklərə,qarşılıqlı faydalı əməkdaşlığa söykənir və iki ölkə arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur.2021-ci ilin yanvar-iyul aylarında azərbaycanın neft- qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb.
Ölkələrimiz arasındaiqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də,son illərdə qeyri- neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye,tikinti,ticarət,kənd təsərrüfatı ,rabitə,xidmət və s.sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9.9 mlrd ABŞ dolları olan 227 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfərə gedib. Bu səfər çox geniş proqramı ilə seçilməklə yanaşı, Azərbaycan- İtaliya münasibətlərinin dərinləşdirilməsinə yönəlib. Xüsusilə qeyd etmək lazımdır ki,2020-ci ildə Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamə həm də iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini ortaya qoyur. Ötən dövr ərzində siyasi,iqtisadi,humanitar,mədəni,enerji, nəqliyyat,elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilib. İkitərəfli münasibətlərdə xüsusilə enerji seqmenti əhəmiyyətli rola malikdir. Müasir dünyada geosiyasi konyuktura ,baş verən proseslər,enerji tədarükündə baş verən qırılmalar bu sahəni daha da prioritet bir müstəviyə qaldırıb. Buxüsusda Azərbaycana maraq böyükdür. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində öz fəal rolu ilə seçilir.Azərbaycan özü də enerji resurslarının nəqlindəki həcmin artırılmasında maraqlıdır və buna müsbət yanaşır.Bu baxımdan İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur.
Azərbaycan İtaliyanın neft təchizatında birinci,qaz təchizatında üçüncü yerdədir.TAP layihəsi İtaliyanın qaz təlabatının 10 faizini ödəyir.Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də artıracaq.
Biz iki ölkə arasında ticarət dövriyyəsinə nəzər saldıqda görə bilərik ki,ötən il bu həcm 9 mlrd.dollar təşkil edirdi, cari ildən isə ticarət həcmi 11mlrd. dollara çatıb. Bu həcmin daha da genişləndirilmə potensialı mövcuddur.
Teymurova Sevda
Saatlı rayon Genişkənd kənd ümumi orta məktəbin müəIIimi
Şərh yazılmayıb.