Huquqaz.com

Olimpiya Oyunları

16.08.2024
2.958
Olimpiya Oyunları

Olimpiya Oyunları

Azərbaycan inkişafının bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlar əldə edirlər. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib. İdmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, onlar Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindiriblər: “Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.
XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçiləri ilə görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır.  İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Bütün qazanılan uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani göstəricisidir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Azərbaycan güclü idman dövlətidir.

Gənclər və idman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir.  Bu sahənin inkişafı ilə bağlı kifayət qədər işlər görülüb.  Görülən işlərin nəticəsidir ki,  müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət yetirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu istiqamərdə çox işlər görüb. İdmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb.
Onun uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması,  onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər görülür. Bu baxımdan idmanın da rolu danılmazdır.  Belə ki,  idman gənclərin zərərli vərdişlərdən uzaq olmasına kömək edir.
İdman sahəsinə göstərilən qayğının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı XXXIII Paris Yay Olimpiya Oyunlarında gəlmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində  çox gözəl və tarixi nəticədir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini  qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”. Bu gün Azərbaycanda idmana maraq artmaqdadır.  Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar.  Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru,  düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması,  bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb.  Demək olar ki,  bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb,  həm də maddi texniki baza vardır. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

 

Olimpiya Oyunları.

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirərək, Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.
Azərbaycanda idmanın inkişafı ölkə başçımız İlham Əliyevin hərtərəfli siyasətinin bariz nümunəsidir. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizin dünya idmanında layiqli yer tutması üçün mühüm addımlar atıldı, yenidənqurma işləri başladıldı. İdman sahəsində infrastruktur problemi aradan qaldırıldı. Azərbaycanda yüksək səviyyədə mötəbər yarışların keçirilməsi Dünya, Avropa və Dünya Kuboku kimi yarışların burada baş tutması, artıq Azərbaycanı Olimpiya hərəkatında böyük rolunu göstərməklə yanaşı, Azərbaycanı dünyada idman dövləti kimi tanıtdırmağı bacardı. Bütün bu işlər Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev seçiləndən sonra bu günə qədər davam edir. Hər idman növünü dərindən bilən, ona qayğı ilə yanaşan, diqqət göstərən İlham Əliyev idmançılarla görüşü bütün bunların təzahürü idi ki, yenə də həmin ənənələr davam edir. Bu illər medalçılar arasında legionerlər çox oldu. Çox ümid edirik ki, Möhtərəm Prezidentin göstərdiyi etimad, diqqət və qayğısınının nəticəsi olaraq gələn Olimpiya Oyunlarında öz yerli idmançılarımız çıxış edərlər. Hazırda qarşıda müxtəlif idman sahələri üzrə Avropa Cəmiyyətləri, Dünya Çempionatları var. Artıq bir neçə aydan sonra növbəti Los-Angeles 2028 Olimpiadasına lisenziyalar verilməyə başlayacaq. Bu Azərbaycan idmanı üçün daha bir ciddi sınaqdır. Bizi 4 illiyin ən böyük yarışından 4 il ayırsa da, artıq indidən bütün planlar cızılmalı, lazımi addımlar atılmalıdır. Hədəf isə, tam təbii olaraq, Paris-2024-dəkindən daha yaxşı olmalıdır.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.