Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Həyat və fəaliyyətini bütövlükdə Vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyev Naxçıvanda anadan olmuş, ilk təhsilini də elə burada almışdır. Hakimiyyətə gəldikdən sonra da bütöv Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyi, parlaq gələcəyi üçün əlindən gələni əsirgəməmişdir. 1990-cı il iyulun 20-də Bakıya, iyulun 22-də Naxçıvana qayıdan Heydər Əliyev Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. Heydər Əliyev 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasını erməni təcavüzundən xilas etmiş və böhranlı vəziyyətdən çıxarılması üçün bir sıra tədbirlər həyata keçirmişdir. 1990-cı illərdə Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul olunmuş, ilk ordu quruculuğu Naxçıvanda formalaşmışdır. Ən ağır günlərində Vətəninə, xalqına sahib çıxmaq üçün ölkəyə qayıdan Ümummilli Lider Heydər Əliyevin bu qayıdışına bütün xalq sevinmişdir. 1993-cü il iyunun 15-də Ulu Öndərin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin, dinamik inkişafın və Milli Qurtuluş tariximizin əsasını qoydu. Bu gün müstəqil Azərbaycan dövləti Ulu öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır. Bu gün də Ümummilli lider Heydər Əliyevin siyasi xətti ölkəmizdə uğurla davam etdirilir.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi- Aliyə Rüstəmova
Şərh yazılmayıb.