Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur
Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur
Azərbaycan Ordusunun gücündən, Ermənistan silahlı qüvvələrini diz çökdürməsindən, işğalçı dövlətin kapitulyasiya aktına imza atması, Müzəffər Ali Baş Komandanın Ordu Günündə bir güllə belə atılmadan azad edilən Kəlbəcər və Laçın rayonlarına səfər etməsi bir daha yağı düşmənə verilən göz dağıdır. 2020-ci il 10 noyabr tarixli Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulan vaxtda boşaldılması əksini tapmışdı. Kəlbəcər üçün həmin vaxt 15 noyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsilə Azərbaycan tərəfindən əlavə 10 gün möhlət istədi və noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma Kəlbəcərin necə boşaldıldığını, düşmənin bu tarixi ərazimizdə törətdiyi vandalizm aktlarını, ekoloji terroru dünya da gördü. Apardıqlarını apardılar, apara bilmədiklərini, o cümlədən evləri, ağacları yandırdılar. Azərbaycan öz humanistliyini göstərib onlara əlavə 10 gün vaxt verdi. Ermənilər isə bunun qarşılığında öz xislətlərini, vəhşiliklərini ortaya qoydular.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurlu olduğunu qeyd edən Vüqar Rəhimzadə deyib: “Torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Keçmişlə deyil, gələcəklə yaşayıb çağdaş tariximizdə yeni səhifə açmaqla işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyasını genişləndiririk. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir. Göstərdik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Həmçinin qeyd edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt hərbi yolla ala bilməz. İllərdir qurduqları istehkamlar, eyni zamanda, bu bölgənin coğrafiyası onlarda bu qənaətin yaranmasına əsas verirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu mifi də dağıtdı və sübut olundu ki, sarsılmaz iradə, xalq-iqtidar birliyi, ordunun vətənpərvərliyi olan yerdə heç kim Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Prezident İlham Əliyev Kəlbəcərdən bir daha bu mesajı ünvanladı ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. “Dəmir yumruq” yerindədir. Azərbaycan postmünaqişə dövrünün reallıqlarının hamı tərəfindən qəbul edilməsini istəyir. Dünyanın əksər gücləri artıq bu reallıqları qəbul edib və fəaliyyətlərini də bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir”.
Bu gün azad Kəlbəcərdə Ordu Gününü qeyd etməkdən sonsuz qürur hissi keçiririk. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük bayram abı-havası yaşanır. Bu torpaqlara həyatın yenidən qayıtması, ən əsası bütün ərazilərin müasir tələblər səviyyəsində qurulması hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Şərh yazılmayıb.