Huquqaz.com

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu

30.05.2022
1.670
Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu

Tarix boyu Azərbaycan özünün coğrafi mövqeyi, bir-birindən gözəl guşələri, faydalı qazıntıları ilə məşhur olmuş,elə buna görə də daima xəbis düşmənlərin diqqət mərkəzində olmuş,onun torpaqlarını parçalayaraq,sərvətlərini mənimsəməyə çalışmışdılar.Buna səbəblərdən biri də vahid dövlətin olmamasıdır.Bu haqsızlıqdan bezmiş xalq ,azadlığa,müstəqilliyə can atırdı.1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətin elan olunmuşdur.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini elan etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı.Ulu Öndərin sözləri ilə desək”Azərbaycanın dövlət müstəqilliyi,milli azadlığı əbədidir və əbədi olaraq qalacaqdır.Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nəaliyyətimizdir.”

Vətənpərvərlik tərbiyəsi uşaqlara kiçik yaşlarından aşılanmalıdır.Bu baxımdan ailə müstəsna rol oynayır.Bu tərbiyəni düzgün təşkil etmək üçün ilk növbədə valideynlər vətənpərvər olmağın mahiyyətini,məqsəd və vəzifələrini lazımınca bilməlidir.Uşaqların vətənpərvərlik tərbiyəsində birinci vəzifə onlara öz vətənlərinin tarixini öyrətməkdən,xüsusəndə lap kiçik yaşlardan ölkəmizin dövlət atributlarına dərin ehtiram hisslərə aşılamaqdan ibarətdir. Daha sonra bu tərbiyəni məktəb davam etdirir.

Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətini qüsursuz keçməsi,müharibə zamanı isə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsinə inam verən bir sıra sosial- psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılması ,cəsurluq,düşmənlə mübarizədə davamlılıq,qələbə naminə təmkinlilik,mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək kimi psixoloji baxımdan hər tərəfli keyfiyyətlərə malik olan vətənpərvər vətəndaş yetişdirmək hər bir pedoqoji kollektivin borcudur.

Hər bir Azərbaycan vətəndaşı bu ölkəni,sevməli onun qanunlarına hörmət etməli,ərazi bütövlünü,suverenliyini qorumalı və lazım gələrsə canından keçməyə hazır olmalıdır.44 günlük Vətən müharibəsi dövründə biz bunun əyani şahidi olduq.Uzun illər düşmənin əsarətində olan torpaqlarımız xalqımız,xüsusəndə gənclərimizin şücaəti,yüksək vətənpərlik tərəninümünün nəticəsi olaraq geri qaytarıldı.

Gənclərin hərbi-vətənpərlik tərbiyəsi,istedadlı gənclərin üzə çıxarılması,bədən tərbiyəsi və idmanın inkişafı,beynəlxalq əməkdaşlığın genişləndiriliməsi,həm respublikas səviyyəsində həm də rayonlarda bacarıqlı gənclərin irəli çəklməsi ulu öndərimiz Heydər Əliyevi siyası uzaqgörənliyin və müdrikliyin nəticəsidir.Hər bir xalqın,millətin varlığı gənclərin mənəvi cəhətdən sağlam tərbiyə olunmalara ilə müəyyən edilir.Əgər xalqımızın bəşər tarixində özünə layiqli yer tutmasını istəyiriksə,ilk növbədə gənc nəslin sağlam ruhda tərbiyə olunmasına diqqət yetiməliyik.Şagirdlərimiz Azərbaycanın Bayrağına,Gerbinə,Himninə hörmət ruhunda tərbiyə edilməsi başlıca məqsədlərimizdəndir.Uşaqlar bizim gələcəyimizdir.Odur ki,sağlam gələcək yaratmaq üçün yeniyetmə və gənclərmizə vətənpərvərlik,dəqiqlik,konkretlik,intizamlılıq dözümlülük səliqəlilik kimi yüksək dəyərləri aşılamaq,dövrün tələblərinə cavab verən mükəmmlər Azərbaycan vətəndaşı yetişdirmək bu gün biz müəllimlərin ən başlıca vəzifəzidir.Bu dəyərlərin önündə dayanan insanlarla irəliləyən vətənimiz həmişə zəfər çalacaq.

 

Zərdab şəhər 1saylı məktəb-liseyin psixoloqu- Kifayət İmanova

Şərhlər

Şərh yazılmayıb.