Milli dövlətçilikdə yeni nəfəs
Milli dövlətçilikdə yeni nəfəs.
Azərbaycan xalqının böyük oğlu, ümumilli liderimiz Heydər Əliyev insanları öz ideyaları ətrafında toplamağı bacaran, yüksək idarəçilik bacarığina malik ,xalqımızın taleyində müstəsna xidmətləri olan dahi liderimizdir. Hər zaman cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın etimadını qazanmışdır.
Görkəmli dövlət xadimi 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısında toplaşan minlərlə insanın təkidi ilə Ali məclisin sədri seçilməsi ilə Azərbaycan müstəqillik yolunun əsasını qoymuşdur. Dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Ümumi liderimizin xalq deputatı kimi fəaliyyəti , müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir.Heydər Əliyev Ali Məclisin sədri kimi vəzifəsinə başlayar-başlamaz Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində ilk addım olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir.Ordumuzun əsası ilk olaraq Naxçıvanda qoyulmuşdur. Qonşu İran İslam Respublikası və Türkiyə Respublikası ilə əlaqələr genişləndirilmişdir.Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illlərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir.Heydər Əliyev siyasətinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün sürətlə tərəqqi edən bir diyar kimi şöhrət qazanmışdır. İndi Naxçıvan dayanıqlı iqtisadiyyata, güclü müdafiə sisteminə malik, yüksək turizm potensiallı olan bir diyardır.Ağır blokada şəraitindən inkişafa yüksəliş aparan yolun əsası 3 Sentyabr 1991 -ci il tarixindən, məhz ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi ilə əsası qoyulmuşdur.
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Aydan Vahidli
Şərh yazılmayıb.