1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi
Dövlətin qüdrətini nümayiş etdirən əsas atributlardan biri və birincisi ordudur. Təsadüfi deyilməyib ki, ordum varsa, yurdum var. Dövlət sərhəddən başlayır, sərhəd isə namusdur, qeyrətdir. Azərbaycan xalqı döyüşkən türk xalqlarının ən cəsarətli, ən mərd və ən müdriklərdindəndir. Cəmiyyətimizdə hər zaman ordu mənsublarına xüsusi hörmət, qayğı və məhəbbət olub. Uzun illər istər Rusiya İmperiyasının, istərsə də Sovetlər Birliyinin tərkibində yaşadığımız zamanlarda həmin quruluşların ordularında ən yüksək səviyyədə təmsil olunmuşuq. İmperiyalar döyüşkən türk qanımızı nəzərə alıb üsyankar xarakterimizə əsaslanaraq bizi ordu ilə bağlı bütün işlərdən kənarlaşdırırdılar. İstəmirdilər ki, müharibə qanunların bilək, müasir ordu birliklərinin sirrlərinə yiyələnək. Bilirdilər ki, əlimizə silah aldığımız an müstəqilliyimizi də əldə edəcəyik. Ordu həm də milli təfəkkürün, milli özünüdərkin məntiqi nəticəsidir. Ordusu olmayan bir xalq milli maraqlarının müdafiəsi istiqamətində cəsarətli addımlar ata bilməz. Milli sözü ilə başlayan heç bir amilin, arzunun ordusuz gerçəkləşməyəcəyini yaxşı bilən babalarımız müzəffər ordunun əsasını məhz 104 il əvvəl qoyublar.
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Müasir ordu quruculuğumuzun da əsası müasir dövlətçiliyimizin əsası ilə təxminən eyni vaxtlarda qoyulmuşdur. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Çünki cümhuriyyətçi babalarımız dərk edirdilər ki, ordu dövlətçiliyin əsas atributudur. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi, davamçısıdır. Azərbaycanın indiki rəşadətli ordusunun döyüş ruhu, cəsarəti məhz Cümhuriyyətin yadigarıdır. Baxmayaraq ki, Azərbaycan Xalq Cumhuriyyəti öz hədəflərinə çata bilmədi və süqut etdi. Çünki hələ 104 il əvvəl ordumuz Qafqaz İslam Ordusu ilə birgə daşnaksutyun partiyasının mənsublarına, sovet hakimiyyəti qurmaq üçün Azərbaycana göndərilmiş bolşeviklərə və digər milli, dünyəvi düşmənlərimizə qarşı var gücü ilə mübarizə aparıb.
Kəmalə Əliyeva–Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.