Huquqaz.com

Erməni terroru sülh dövründə də davam edir

09.11.2022
1.482
Erməni terroru sülh dövründə də davam edir

Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi. Bu gün erməni terroru dövlət siyasəti səviyyəsində həyata keçirən işğalçı Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyidir. Uzun illərdir ki, erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı həyata keçirdiyi terror aksiyaları 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. 1980-ci illərdən sonra Azərbaycana yenidən ərazi iddiaları ilə çıxış edən ermənilər xalqımıza qarşı elan olunmayan müharibənin daha bir ocağını qaladılar. Həmin illərdə həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırımı siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə nəticələndi. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. Ermənistan sovet ordusundan qalan minaları 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırıb və bütün ərazini çirkləndirib. Bununla Azərbaycan xalqında psixoloji travma yaratmağa çalışırlar. Azərbaycanın işğal altında olmuş və rəşadətli Ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük hissəsi ermənilər tərəfindən minalanıb. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.