Huquqaz.com

Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır

16.08.2022
2.265
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır

Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır

İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın dövr ərzində Azərbaycanın dünya birliyində atan rolundan, Qarabağda yaşayan ermənilərin düşüncələrində baş verən dəyişikliklərdən, Ermənistan hakimiyyətinin onlara təsir imkanlarını itirməsi “Şüurda, yaşam fəlsəfəsində baş verən dəyişikliklər göz önündədir. Qarabağda yaşayan ermənilər görürlər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir ki, Azərbaycan dövləti bunları təmin edəcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil.

Prezident cənab İlham Əliyev müsahibəsində diqqəti, eyni zamanda, “Qisas” əməliyyatına yönəltdi. Bildirdi ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri olaraq “dəmir yumruğ”un yerində olduğunu təsdiqlədi. Bu əməliyyat bir daha Ermənistana belə bir mesajları ünvanladı ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Heç bir qüvvə ölkəmizin siyasi iradəsinə təsir etmək imkanında deyil. Təbii ki, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan bu halda daha da peşman olacaq, daha da gur səslə imdad diləyəcək. Bu mühüm çağırış da bəyan edildi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar oradan çıxmalıdır.

 

Nuray Kərimli  –Zərdab şəhər sakini,  tələbə, fəal gənc 

Şərhlər

Şərh yazılmayıb.