Huquqaz.com

Azərbaycan cəmiyyəti ölkənin xarici və daxili siyasətini dəstəkləyir

28.07.2022
3.267
Azərbaycan cəmiyyəti ölkənin xarici və daxili siyasətini dəstəkləyir

Bugün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir,Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir,xarici və daxili siyasəti dəstəkləyir.


 Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət strategiyası bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artıb.Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.Azərbaycanın uğurlu siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsindən söhbət düşəndə Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun dəstəyi sayəsində Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Qeyd etdiyimiz kimi, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir.

Milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz xalqımızın ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.İstər xəstəliklərə qarşı mübarizədə,istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.Cəmiyyətimiz həmişə ölkədə gedən bütün prosesləri dəstəkləyir,Ali Baş Komandan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir.Bu istiqamətdə bütün dünya azərbaycanlıları həmrəylik,milli birlik nümayiş etdirir.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi – Çinarə Fərəcova

Şərhlər

Şərh yazılmayıb.