Huquqaz.com

15 iyun Qurtuluş günü Azərbaycan tarixinin şanlı səhifəsidir

14.06.2022
1.728
15 iyun Qurtuluş günü Azərbaycan tarixinin şanlı səhifəsidir

15 iyun Qurtuluş günü Azərbaycan tarixinin şanlı səhifəsidir

XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz yenidən öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində Azərbaycanda baş verən proseslər, çəkişmələr müstəqillik illərində yenicə addımlayan ölkəmizi böyük sınaqlarla üz üzə qoyur, hətta öz müstəqilliyini itirmək təhlükəsi yaradırdı. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. Azərbaycan tarixinə Qurtuluş günü kimi daxil olmuş 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu öndər Heydərin Əliyevin əvəzsiz xidmətləri sayəsində mümükün olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Ehtiram Osmanov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.