Huquqaz.com

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

08.03.2023
2.049
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir.

İqtisadi inkişafın davamlılığının və əhalinin  sosial müdafiəsinin təmin edilməsi həmişə olduğu kimi, yenə də  Azərbaycan dövlətinin başlıca prioritetləri sırasındadır. Minimum əməkhaqqının artırılması dövlətin yürütdüyü uğurlu sosial siyasətin davamıdır, əhalinin rifah və sosial müdafiəsinin təmin olunmasıdır. Bu böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə aparılan bütün addımlar Azərbaycanın sosial dövlət olduğunun bariz nümunəsidir. Əlavə olaraq, ölkədə şəffaflıq təmin olunur. Bunun üçün kölgə iqtisadiyyatına zərbə vurulur, bu istiqamətdə gedən proseslər bizim iqtisadi imkanımızı gücləndirir, vergi bazasını genişləndirir.

Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Qeyd edək ki, atılmış bütün addımlar, ölkə iqtisadiyyatının inkişafını təmin edərək əhalinin rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Gənclər siyasəti

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Aparılmış effektiv və doğru gənclər siyasətinin bariz nümunəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunəni öyrənir.

Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Demokratik təcrübə

2018-ci il prezident seçkilərindən sonra Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. İslahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında nitq söyləmişdir. Prezident bu çağırışda da deputatlarına səmərəli fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident cənab İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunmuşdur. Deputatların iqtisadi inkişafın dərinləşməsi, informasiya təhlükəsizliyi, sosial siyasət kimi məsələləri qanunlar qəbul edərkən diqqətdə saxlamağın, beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən bəhs etmişdir. Dövlət başçısı həmçinin vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdır.

Son illər ölkəmizdə milli maraqlar üzərində qurulan siyasət, ölkədə fəaliyyət göstərən siyasi partiyaların ümumdövlət məsələlərində vahid mövqe nümayiş etdirməsi, sağlam iqtidar-müxalifət dialoqunun qurulması bütün dünyaya milli həmrəyliyimizin möhkəm əsasları olduğunu bir daha nümayiş etdirdi.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini – Mayisə Xəlilova

 

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Prezident cənab İlham Əliyev bütün bunlarla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.

Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

 

Perspektiv əməkdaşlıq istiqaməti

Son dövrlər beynəlxalq münasibətlər sistemində baş verən proseslər ortaq dəyərləri, ortaq maraqları olan türkdilli dövlətlərin birliyini daha da zəruri edir. Belə ki, gücün hakim olduğu bugünkü dünyada eyni kökdən olan xalqların bir-birinə arxa durması mühüm əhəmiyyətə malikdir.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilib. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə həmişə olduğu kimi qardaşlarını haqlı davada da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi.

Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Bu ölkələrlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlanması, media qurumları arasında iş birliyinin genişlənməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən, Azərbaycanın faydalanacağı şübhəsizdir. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Dəhliz həm türk dünyasını, həm Avropanı, həm də qonşu ölkələri birləşdirə biləcək bir layihədir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixdə ilk iclasında çıxış edərək qeyd edib ki, növbədən kənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları

dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir.

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.

Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar

qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

 

Gənclər siyasəti.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular: Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirlər. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə fəxr edirik.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

Şərhlər

Şərh yazılmayıb.