Huquqaz.com

Vətəndaş amilinə verilən yüksək dəyər

27.07.2022
1.827
Vətəndaş amilinə verilən yüksək dəyər

Vətəndaş amilinə verilən yüksək dəyər

Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir.

Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu bildirən İlham Əliyev bu prosesləri dəyərləndirərkən deyirdi ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.

Yeni kadrlara böyük etimad göstərildiyini söyləyən Prezident vurğulayır ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları dövlətin siyasətini və niyyətini göstərir.

Onu da əlavə edək ki, İlham Əliyevin rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri də nümayiş etdirir.

Növbəti belə qəbul zamanı da Prezident regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası, rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bəzi əvvəlki məmurların məsuliyyətsiz hərəkətlərinin nəticələrini də misal çəkdi.

Prezident dedi ki, həmin keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu da onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Şərhlər

Şərh yazılmayıb.