Huquqaz.com

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

15.10.2022
2.144
Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ müharibəsi başlayan gündən dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində,  beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarşını da ermənilərə güzəştə getməyəcək. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin gerçəkləşməsini istəmir. Onlar bu məqsədlə bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq ermənilər dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividend gətirə bilər.  Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Hələ 102-103 il bundan əvvəl Azərbaycan milli dövlət quruculuğu və ərazi bütövlüyü uğrunda ermənilərə və bolşeviklərə qarşı mübarizə aparanda terrorçu daşnakların və onların havadarlarının haqsızlığına məruz qalmışdı. BMT Nizamnaməsinə əsasən ölkəmiz özünü müdafiə hüququndan tam yararlanaraq təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkələrimiz özü icra etdi. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. İndi həmin ərazilərdə yenidənqurma işləri böyük vüsət alıb. İkinci Qarabağ müharibəsindən sonra qazandığımız Zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.