Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.
Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Ölkəmiz Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sırada olub. Bu məqam cənab Prezident İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bir daha vurğulanıb.
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Azərbaycan daima Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmasını önə çəkib.
Azərbaycanın Xəzərlə bağlı önəm verdiyi digər bir məsələ də Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Xanım İmanova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Şərh yazılmayıb.