Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bir müddət əvvəl olduğu birliyin rəsmi şəxslərinin Bakıya səfərin dən sonra yenədə də Avropa İttifaqının nümayəndə heyəti Azərbaycanda olub.keçirilən görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf etdiyi, tərəflər arasında konstruktiv dialoq mövcudluğu və bu əlaqələr şaxələndirilməsi vacibliyi vurğulanıb.
Qeyd edək ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Ölkə başçısı Avropa İttifaqı Şurasının yeni prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başladı.
Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, Bakı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirib və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Aİ və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr daha da inkişaf edib. Bu, İttifaqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaşması, əməkdaşlığın yeni şəraitdə də davam etdirilməsinin göstəricisi idi. Beləliklə, regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
Şərh yazılmayıb.