Humanitar missiya
Humanitar missiya.
Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm dövlətimizin adından, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub.
Bildiyimiz kimi, 2020-ci ilin ilk aylarından başlayaraq koronavirus infeksiyası arzulamadığımız halda həyatımıza daxil oldu . Qlobal miqyasda davam edən Covid-19 pandemiyası dövründə əsas şərtlərdən biri bu məsələ ilə bağlı operativ və düzgün qərarlar qəbul etmək idi. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri oldu. Bu mübarizə tədbirlərinin sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdir. Qısa müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq gücləndirilmiş iş rejiminə keçirildi, ölkəmizdə profilaktik və maarifləndirmə tədbirləri həyata keçirildi, bir daha dövlət və xalq həmrəyliyi nümayiş etdirildi. Qeyd edək ki, karantin rejimi tətbiq olunan gündən vətəndaşlarımıza dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərildi, müxtəlif formalarda yardımlar edildi. Pandemiyadan zərər çəkən sahələrə yüksək səviyyədə dəstək göstərildi. Dövlət dəstəyini hiss etmək əhali üçün vacib amillərdən biri idi.
Azərbaycanın Koronovirusla Mübarizəyə Dəstək Fondu yaratması artıq geniş təcrübəyə çevrilib. Belə günlərdə mühüm məsələlərdən biri milli və vətəndaş həmrəyliyinin mövcudluğu, bunu cəmiyyətin bir daha hiss etməsi, hər kəsin Vətən üçün, cəmiyyət üçün əlindən gələni edə bilməklə öz bacarığını və dövlətçiliyini nümayiş etdirməsidir.
Vurğulamaq istəyirəm ki, dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də məhz Azərbaycan irəli sürüb.
25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı, videoformatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə qeyd etmişdir:
“Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.”
Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi
Şərh yazılmayıb.