Huquqaz.com

Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq

30.08.2023
2.217
Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq

Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq.

Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Azərbaycanın ən gözəl guşalərindən olan Qarabağ  ta qadim zamanlarından “yağlı tikə olmuşdur” və döyüş meydanına çevrilmişdir. İllərdir düşmən tapdağı altında olan yurdum axırki azad edildi. Bizim apardığımız mübarizə haqq mübarizəsi idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Hərçəndki düşmən bunu qəbul etməsədə, bizim torpağımızı özününkü kimi qələmə versədə, tarix, sübut, haqq bizim idi.

31 illik işğal dövründə ermənilər qədim tikililəri də məhv etməyə çalışıblar. Şəhərin mərkəzində olan bu cür tarixi yerlər bərpa işləri zamanı əvvəlki görkəmi saxlanılmaqla restavrasiya olunur. Laçında həyata keçirilən layihələri, aparılan quruculuq işlərini gördükdə bu şəhərin nəinki laçınlıların həyatında, eləcə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını əminliklə söyləmək olar. Laçına səfər zamanı ilk dayanacağımız olan Həkəri çayının ətrafında salınan çaykənarı bulvara nəzər saldıqda artıq şəhərdə görülən işlərin yüksək səviyyədə olduğunu sezmək mümkündür. Çay hövzəsində salınan bulvar, əsaslı təmir edilən iki körpüdə görülən memarlıq işləri diqqətimizi çəkir.

Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.

Sonunda bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Onlar öz yurdlarında yaşamaqdan qürur duyurlar. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Haqq olan yerdə təbii ki zəfərdə var. Biz mübarizədə sonuna qədər inanmımızı itirmədik və nəticə uğurlu oldu. Artıq yurdum tamam, xalqım firavan yaşayır.

 

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  

Şərhlər

Şərh yazılmayıb.