Huquqaz.com

Perspektiv əməkdaşlıq əlaqələri

20.01.2023
2.048
Perspektiv əməkdaşlıq əlaqələri

Perspektiv əməkdaşlıq əlaqələri

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Cənab Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.

Cənab Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN kanalına mühasibəsi zamanı ii ölkə arasında etibarlı münasibətlərdən, qarşılıqlı hörmətdən, əməkdaşlıq üçün çox möhkəm siyasi platformanın qurulmasından bəhs edərək iqtisadi əməkdaşlıq əlaqələrinin durmadan artdığını bildirmişdir.

Piralı Əliyev  – Zərdab şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.