Huquqaz.com

Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

04.07.2022
1.877
Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

 

Prezidentimiz cənab İlham Əliyev  bu günlərdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edib. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulan Azərbaycan hər zaman  həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Dövlət başçısı  regional mövzular və qlobal məsələlərdə hər zaman Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin  şahidi olduğunu vurğulayaraq, Azərbaycana Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi.

Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir

 

Şəhla Eminova – Zərdab şəhər sakini, “Əməkdar” müəllim

Şərhlər

Şərh yazılmayıb.