Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi
Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Sözünə sadiq olan şəxsiyyət H.Əliyev həyatının qalan hissəsini xalqına , xalqının rifahına, dünyada tanınmasına həsr etdi.Onun uzaqgörən siyasəti Azərbaycanın bu gün dünya siyasət arenasında öz sözünü deməyə imkan verir.Hal-hazırda Azərbaycan dünyanın vacib və əhəmiyyətli enerji satıcısıdır.Ulu öndərin bağladığı “Əsrin müqaviləsi” neft kontraktı uzaqgörən siyasətinin önəmli bir parçası idi.Məhz bu müqavilə sayəsində bu gün Avropa ölkələri Azərbaycanla hesablaşır, əlaqələr qurur.28 May”, “Günəşli” yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəz olunmaz bazadır.
Ulu öndərin hakimiyyətə gəlişindən sonra müxtəlif xarici investorlar Azərbaycana sərmayə qoymağa başladı.Bu isə bilavasitə Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə zəmin yaradırdı.
Bu gün Azərbaycan inkişaf edən, qalib bir dövlətdir. H.Əliyev siyasi kursunun davamçısı İ.Əliyev onun yolunu uğurla davam etdirir.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru – Sabir Əhmədov
Şərh yazılmayıb.