Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi
Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.
1987-ci ilin sonlarından azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiyası prosesi başlanılıb. İndiki Ermənsitan adlanan ərazi də əzəli azərbaycan torpağıdır və oradan 250 mindən çox azərbaycanlı qovulub, 216 nəfər isə vəhşicəsinə qətlə yetirilib. 1154 nəfər isə yaralanıb. Nəticədə onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmışlar. 1991-ci ilə qədər ərazi iddiaları səsləndirən Ermənistan müharibə elan etmədən hərbi əməliyyatlara başlamışdır. Getdikcə gərginləşən hadisələr azərbaycan vətəndaşlarının böyük itkilər verməsi və yurdlarından didərgin düşməsi ilə nəticələndi. 1992-1994-cü illər arasında gedən müharibələr Azərbaycan torpaqlarının 20 %-nin itirilməsilə nəticələndi.
Həm ümummilli lider Heydər Əliyev, həm də onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın haqq səsi daim ucalmış, bütün beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycana qarşı törədilən bu cinayətlərə tədbirlərin görülməsi tələb edilmişdir.
30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında cənab Prezident bunu açıq şəkildə bəyan edərək qeyd etmişdir ki, “Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi”
Baxmayaraq ki bütün beynəlxalq hüquq və normalar Azərbaycanı dəstəkləmiş, ərazi bütövlüyünə, torpaqlarının suverenliyinə hörmətlə yanaşmış, amma heç bir ciddi tədbir görülməmişdir. BMT-nin qəbul etdiyi qərarlar belə nəticəsiz qalmışdı.
Lakin Azərbaycan xalqı cənab Prezident İlham Əliyev ətrafında sıx birləşərək bu məsələni bir başa özü hərb yolu ilə həll etdi.
Rövşən Bəkirov – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.