Huquqaz.com

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq

06.11.2023
2.190
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq.

“Zəfər Savaşından sonra bölgənin dəyişən geopolitik durumunda xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycan-Türkiyə münasibətlərinin ən üst zirvəyə çatmasıdır. “Bir millət, iki dövlət” şüarı ilə yola çıxan iki qardaş ölkə bu gün dünyanın siyasi düzənində analoqu olmayan bir müttəfiqlik ortaya qoyub. Bu ittifaq və birlik türkdilli ölkələrin yaxınlaşmasına da ciddi şəkildə müsbət təsirini göstərdi. İllər öncə mədəni əlaqələr üzərində formalaşan türkdilli respublikaların birliyi bu gün siyasi-iqtisadi mahiyyət etibarı ilə ciddi bir platformaya çevrilib. Bu gün dünya siyasi düzənində həm regional, həm də qlobal proseslərə təsir göstərmək baxımından Türk Dövlətləri Təşkilatı ciddi güc mərkəzinə çevrilib. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət daşıyırdı. Artıq bu siyasi blok və burada səslənən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunur və gələcək proqnozların verilməsində nəzərə alınır. Bu baxımdan bütün toplantılarda olduğu kimi, Astana sammitində də Prezident İlham Əliyevin çıxışı bütövlükdə böyük maraq kəsb etdi.” Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilatın tarixində xüsusi hadisə kimi yadda qalmaqla yanaşı, Azərbaycan Prezidentinin də diplomatik liderliyinin daha bir təsdiqi oldu. Prezident İlham Əliyevin Astana sammitindəki çıxışı faktiki olaraq dünyanın mövcud geopolitik durumu ilə bağlı bütün dairələrə verilən dərs oldu. Bütün beynəlxalq platformalarda liderliyi və qətiyyəti ilə qəbul edilən Azərbaycan Prezidenti bir daha son üç ildə rəsmi Bakının sülhpərvər və humanist mövqeyinin düzgün qiymətləndirilməməsi, əksinə, erməni separatizminin qızışdırılmasına ölkəmizin cavabını və ərazi bütövlüyünün tam təmin edilməsini bütün təfərrüatı ilə ifadə etdi ki, bu da anti-Azərbaycan qüvvələrin maskasının cırılması ilə nəticələndi. Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bir daha Azərbaycanın mövqeyini qəti şəkildə müdafiə etməsi dünyaya verilən bir mesaj idi ki, artıq təşkilatın əhatə etdiyi coğrafiyada siyasi, iqtisadi və hərbi söz sahibi bu ölkələrin özüdür. Bir sözlə, Azərbaycan və Türkiyə liderləri Asiya qitəsinin böyük bir kəsimində dünyanın bütün imperialist güclərinə qarşı haqqın dönməz üzü olaraq güc ortaya qoyub. Bu güc əbədi və sarsılmazdır!

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

“Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə qeyd edirik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin aydın məzərəsini yaradır. Belə ki, 2009 cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin  prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın  daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi türk dünyasının birliyini daha da möhkəmləndirdi.”

Dünyada cərəyan edən proseslərin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq, böyük bir ailə olan türk dünyasının birliyini  möhkəmləndirəcək.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova

 

 

Əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistika.

“Dünyanın diqqəti yenə də türk dünyasının birliyinə yönəldi. Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir Zirvə görüşü keçirildiyi məkan, əhatə etdiyi mövzu, çağırışla yanaşı, gələcək hədəfləri özündə ehtiva edən Bəyannamənin imzalanması ilə diqqətdə olur. Belə ki, yekun sənəddə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəfləri öz əksini tapır. Sözügedən Zirvə görüşündə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi. Onu da qeyd edək ki, bu ali mükafata 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layiq görülmüşdür. Bu təqdimatlar da özündə türk birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları birləşdirir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı türk dünyasının birliyi bardə aydın təsəvür yaradır. Hazırda qarşılıqlı səfərlərin daha da artması fonunda bu əməkdaşlığın digər türkdilli dövlətlərlə də genişləndiyinin şahidiyik. Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündə bildirdi ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı, gələcək hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyevin Qazaxıstana reallaşdırdığı səfər son iki ildə sayca üçüncü səfəridir. Cənab İlham Əliyev dostluğumuzun, qardaşlığımızın aydın ifadəsi olaraq bu məqamı xüsusi qeyd etmişdir ki, hər səfərində Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi olur.”  Azərbaycan daim türk dünyasının birliyinin önəmini xüsusi qeyd edərək bu istiqamətdə mühüm addımlar atır: “Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Dünya həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində bu birliyin şahidi olur.  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqı adından hədiyyə olaraq Füzulidə  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikilərək istifadəyə verilməsini,  Qazaxıstan tərəfindən  Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda iki dost, qardaş zərbaycan və Türkiyənin birgə investisiya layihəsi olan  “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini qeyd edə bilərik.”

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Strateji investisiyalar.

Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və müasir hərbi imkanları ilə diqqətdədirlər.  Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündəki çıxışında bu rəqəmi açıqladı ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.”

“Münasibətlərimizin inkişafında nəqliyyat və logistika sahələri də mühüm yer tutur” onu da vurğulayaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Astana X Zirvə görüşü bu birliyin möhkəmləndirilməsində öz sözünü deyəcək. Hədəfləri və onlara çatmağın yollarını özündə ehtiva edən Astana Bəyanaməsi bu əminliyə əsas verir. Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.