Huquqaz.com

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

04.03.2023
1.820
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.

Azərbaycan ərazisinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır. Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Qoyulan müxtəlif minaların altına partlayıcı qurğular yerləşdirilib.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını minalamışdır.

Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur.

Minalar tank və piyada əleyhinə olur, müasir minaların müxtəlif növləri mövcuddur. Mürəkkəb qaydada, misal üçün, infraqırmızı şüa və ya elektrik siqnalla da işə düşəni var, ağırlığın təsirindən partlayanı da. Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb. Minaların müxtəlifliyinə rəğmən, tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas cəhət minanı işə sala biləcək çəki, ağırlıq həddidir. Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb.

Əlbəttə ki, Ordumuzun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir və davamlı olaraq minaların təhlükəsizliyi üçün əllərindən gələni edirlər.

Azərbaycan müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad edilmiş əraziləri minalardan təmizlənməsi prosesini davam etdirir. Əfsuslar olsun ki, bölgədəki minalardan təmizlənmə səylərinə baxmayaraq, mülki şəxslər mina partlayışları nəticəsində yaralanmağa və həyatlarını itirməyə davam edirlər.

Gəncliyə Dəstək İctimai Birliyin sədri – Vəfa Xəlilli

 

 

Qoşulmama Hərəkatına sədrlik.

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə qucaq açdı. Məlum olduğu kimi, bu günlərdə paytaxtımızda Qoşulma Hərəkatının COVID-19 –a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Toplantıda Qoşulmama Hərəkatının sədri, Prezident cənab İlham Əliyevin konseptual xarakterli çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bu çıxışında yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası ilə bağlı fikirlərini paylaşdı və önəmli mesajlar verdi. Üç il əvvəl Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi. Bu Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli təşkilatlardan birinə çevrilib.

Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır. 1961-ci ildə yaradılan təşkilatın hazırda 120 dövlətdən ibarət üzvü, 19 dövlət və 9 beynəlxalq müşahidəçi təşkilat üzvü var. Təşkilat müxtəlif siyasiyönümlü ölkələri birləşdirsə də, ümumi məqsəd hərbi bloklara qoşulmamaqdır. Baxmayaraq ki, Belarus Respublikası KTMT-nin hərbi blokunun üzvüdür, bununla belə Qoşulmama Hərəkatının toplantısında iştirakı vacib saydı. Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Bu gün də ölkəmiz dünyada COVID-19- a qarşı fəal mübarizə aparan dövlət kimi qəbul edilir. Azərbaycanın bu sahədə yüksək təcrübəsi, verdiyi dəyərli töhfələr, sonrakı addımların atılması ilə bağlı qərarları respublikamızın dünya birliyində artan nüfuzundan xəbər verir. Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib.

Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmamasını diqqətə çatdırması bir daha Azərbaycan Prezidentinin cəsarətindən və qətiyyətindən xəbər verir. Bu qurumun əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi oldu. Azərbaycan Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir. Eyni zamanda, ölkəmizin sülhə doğru mühüm addımı da qeyd edilib. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Bu gün beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycan regionun lider dövləti kimi bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə, məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın fəaliyyətinin və tarixinin çox mürəkkəb dövründə başlanıb. O vaxt Qoşulmama Hərəkatının fəallığı get-gedə zəifləyir, nəticədə bu Hərəkat mövcud beynəlxalq təhlükəsizlik sisteminə və bütövlükdə beynəlxalq münasibətlər sisteminə o qədər də uyğun gəlmirdi. Hərəkat dünyada baş verən bir çox proseslərdən sanki kənarda qalmışdı. Ola bilsin, bu fakt həm də bir sıra obyektiv səbəblərlə bağlı idi, çünki vaxtılə Qoşulmama Hərəkatı ikiqütbü dünyada əsas qüvvə mərkəzlərini tarazlayan bir amil kimi düşünülmüşdü: bir tərəfdə sosializm düşərgəsi, digər tərəfdə kapitalizm düşərgəsi dayanmışdı, Qoşulmama Hərəkatı isə həmin düşərgələrin heç birini dəstəkləməyən, blokların qarşıdurmasında iştirak etməyən ölkələrdən ibarət idi. Sonrakı dövrdə dünyamız mahiyyət etibarilə birqütblü olanda Qoşulmama Hərəkatının funksional vasitələri fəaliyyət qabiliyyətini itirdi, sadəcə onlara ehtiyac qalmadı.

Sonrakı  illərdə Azərbaycan bu Hərəkatın qurucu qüvvəsini üzv dövlətlərin davamlı inkişafının təmin edilməsi ilə bağlı ən mühüm məsələlərin həllinə, yoxsulluğun azaldılmasına yönəldib, Qoşulmama Hərəkatının fəaliyyətinə dinamika vermək, institusional islahatları reallaşdırmaq üçün çox işlər görülüb, təşkilatın gənclər və parlament şəbəkələri yaradılıb. Bütün bu təşəbbüslər Qoşulmama Hərəkatının inşikafına təkan verib, onu amorf birlikdən dəqiq planlar əsasında fəaliyyət göstərən quruma çevirib.

Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatı çərçivəsində çoxsaylı pozitiv proseslərə təkan verib. Bu proseslər Hərəkatın beynəlxalq arenada rolunu və nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

 Sülhə doğru mühüm addım.

Ölkəmizin irəli sürdüyü təməl prinsipləri regionda uzunmüddətli sabitliyə və dayanıqlı inkişafa təminat yaradır.

Azərbaycanın yaratdığı reallıqların ən mühüm nümunələrindən biri ölkəmizin təşəbbüsü ilə regional təhlükəsizliyə, xalqların dinc yanaşı yaşamasına xidmət edən və davamlı sülhə nail olunmasına doğru atılan uğurlu addımlardır. Hazırkı zamanda sülhə nail olmaq prioritet vəzifədir, düşmənçilik, revanş məsələlər bir kənara qoyulmalıdır.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanıqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Qalib Azərbaycanın yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxışı, həmçinin bölgənin gələcəyi ilə bağlı konkret fikirlər səsləndirməsi, hazırda gündəmdə olan sülh müqaviləsinin imzalanmasında göstərdiyi səylər təbii ki, təqdir olunur. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bu istiqamətdə region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb, onların reallaşması istiqamətində atdığı addımları ilə bunu təsdiqləyib və təsdiqləməkdədir. Həyat reallıqları sevir. Real olan isə budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və müstəqil, qətiyyətli siyasi diplomatiya dayanır.

Prezident cənab İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın, həm də müharibədə qazanılan qələbənin əsasıdır. Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi dairələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə isə nidasını qoyduğu tarixi reallıqdır.

Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların leytmotividir. Əgər sülh müqaviləsi imzalanarsa və ölkəmizin irəli sürdüyü təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Humanitar missiya.

Bildiyimiz kimi, 2020-ci ilin ilk aylarından başlayaraq koronavirus infeksiyası arzulamadığımız  halda həyatımıza daxil oldu. Qlobal miqyasda davam edən Covid-19 pandemiyası dövründə əsas şərtlərdən biri bu məsələ ilə bağlı operativ və düzgün qərarlar qəbul etmək idi. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri oldu. Bu mübarizə tədbirlərinin sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdir. Qısa müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq  gücləndirilmiş iş rejiminə keçirildi,  ölkəmizdə profilaktik  və   maarifləndirmə tədbirləri həyata keçirildi, bir daha dövlət və xalq həmrəyliyi nümayiş etdirildi. Karantin rejimi tətbiq olunan gündən vətəndaşlarımıza dövlətimiz tərəfindən xüsusi  diqqət və qayğı göstərildi, müxtəlif formalarda  yardımlar edildi. Pandemiyadan zərər çəkən sahələrə  yüksək səviyyədə  dəstək göstərildi. Dövlət dəstəyini   hiss etmək əhali   üçün  vacib amillərdən biri  idi.

Pandemiya dövründə ölkəmiz ümumbəşəri dəyərlərə sadiq qalmış və humanitar təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan dünya əhalisinin vaksinlə təchiz olunması məsələsində həmişə ədalətli bölgünün aparılmasını tələb etmişdir. Belə ki, iqtisadi cəhətdən güclü ölkələr vaksinlərlə təchizolunma sahəsində daha çox üstünlüklər əldə etmiş və imkansız ölkələrin vətəndaşlarının bu hüququnu pozmuşdur. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib.

2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə iştirak edib. Görüşdə geniş nitq söyləyən ölkə başçısı qeyd edib ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq.

Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Dövlətimizin başçısının sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli artırdı. Ona görə də Azərbaycanın təşkilata sədrlik müddəti Hərəkat üzvlərinin yekdil qərarı ilə daha bir il uzadıldı. Azərbaycan Hərəkatın institusional inkişafına da güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. Ardınca, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib. Qürurverici haldır ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- Alagöz Namazova

 

Ali məqsədlər

Bakı Zirvəsi Qoşulmama Hərəkatının nüfuzunun artması baxımından əlverişli platformadır. Qoşulmama Hərəkatının COVID-19-la mübarizə üzrə Bakı sammiti bir çox səmərəli təklif və müzakirələrlə yadda qaldı. Xüsusilə pandemiyadan sonra yeni problemlərin yarandığı dövrdə belə müzakirələr həll yollarının axtarışı baxımndan mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Bakı zirvəsi dünya ictimaiyyətinin diqqətini postpandemiya dövründə bərpa proseslərinə cəlb etmək baxımından əlverişli platformadır. Azərbaycan Hərəkatın sədri kimi beynəlxalq düzənin sülh və sabitlik prinsipləri əsasında qurulmasını, ədalət və beynəlxalq hüququ müdafiə etməyin tərəfdarıdır. Qlobal təhlükəsizlik arxitekturasının zədələndiyi bir vaxtda Qoşulmama Hərəkatı üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə çalışır.
61 ildir fəaliyyət göstərən Qoşulmama Hərəkatının yarandığı zaman dünyaya lazım olan sülh, sabitlik və əməkdaşlıq kimi məsələlər bu gün də öz aktuallığını saxlayır.
Bakı zirvəsində də qeyd olunduğu kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb. Bu gün Hərəkat üzvləri Qlobal Platforma bazasında fəaliyyətin daha da gücləndirilməsini, həmçinin Qoşulmama Hərəkatının monitorinq və elmi tədqiqatlar üzrə xüsusi şəbəkəsinin yaradılmasını da təklif edir. Bu da institutsionallaşma üçün olduqca əlverişli təkliflərdir.
Müzakirələrdən də aydın oldu ki, postpandemiya dövründə daha təhlükəsiz və sağlam sistemlərin qurulmasında Hərəkat üzvlərinin kollektiv təcrübəsindən faydalanmaq çox zəruridir.
Təsadüfi deyil ki, Bakı zirvəsində də Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış, əlçatanlıq da qarşılıqlı dəstəyin nümunəsi kimi dəyərləndirildi. Çünki məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycanın təşəbbüsləri göstərdi ki, çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir.
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı. Bakı zirvəsinin nəticləri isə onu deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə aktual məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməklə qlobal həmrəyliyə xüsusi yanaşmasını və töhfəsini nümayiş etdirdi.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.

Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib.

Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən sıx şəkildə minalarla çirkləndirilib. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb: “Ermənistanın təqdim etdiyi minalanma haqqında xəritələrin cəmi 2 faizi istfadəyə yararlı olub və daha çox keçmiş təmas xətti minalanıb. Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, hətta cəmi 1 kvadratmetr yerdə 8 mina tapılıb. Məsələn, Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılıb. Bütün bu və bu kimi bir çox faktlar ərazilərin nə qədər sıx şəkildə minalandığı barədə aydın təsəvvür yaradır”.

Artıq iki ildir ki, Azərbaycan Ermənistanın 30 ildə dağıdıb məhv etdiyi yaşayış məntəqələri heç bir xarici dəstək almadan öz gücü ilə bərpa edir. O cümlədən, minalanmış ərazilərin təmizlənməsi işini də öz gücü ilə görür.

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları vəsait lazımdır.

Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır və “Böyük Qayıdış” adlanan proqramın artıq həyata keçirilməsinə başlanılıb.

Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırıb. Belə təxribatlardan biri də cari ilin sentyabr ayında həyata keçirilib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavablandırılıb. Ermənistanın son illər ölkəmizə və vətəndaşlarımıza qarşı hər cür vəhşiliyinə rəğmən Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib və hər zaman öz prinsiplərinə sadiq qalıb. Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən təxribata vaxtında layiqli cavab veriləcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Sülhə doğru mühüm addım

Qalib Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir.

Prezident cənab İlham Əliyev Azərbaycanın müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb.

Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Azərbaycan Prezidenti daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəddə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi müddəalar yer alıb. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər.

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan barəsində bunu demək mümkün deyil. Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda, o cümlədən də Brüsseldə baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirib. Ancaq məğlub ölkənin lideri daxili auditoriya qarşısında tamam fərqli fikirlər səsləndirir. Ermənistanda üçtərəfli Bəyanatın, Brüssel və Soçi razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir.

Ermənistan isə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərlə bağlı məlumatları hələ də gizlədir. Bundan başqa, məğlub ölkə Brüssel razılaşmalarına xilaf çıxaraq, Azərbaycana minalanmış ərazilərin saxta xəritələrini verib. Araşdırmalar zamanı məlum olub ki, bu xəritələrin etibarlılığı 25 faizdən də aşağıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əmkdaşı Vüsal Rəhimov

 

 

Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır

Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Fransanın beynəlxalq hüququ və ədaləti tapdaladığı müşahidə olunur. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Fransa heç bir hüquq normalarına sığmayan hərəkətləri ilə sözdə ədalətli, barışdırıcı tərəf kimi görünmək istəsə də, əslində ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Tarixə müstəmləkə ölkəsi olaraq düşən Fransa işğalçı Ermənistanı dəstəkləməsi normal haldır.

Fransa, xüsusən Afrika ölkələrində etdiyi soyqırımılara görə beynəlxalq bilik qarşında cavab verməlidir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda eyni qanlı əməlləri törədib. Tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törədiblər. Təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını fransızlar güllələyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında haqlı olaraq bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Rəsmi Bakı qəti mövqe bildirib: Azərbaycan ədalətsiz, beynəlxalq hüquqa hörmətsiz yanaşan Fransa ilə heç bir prosesdə iştirak etməməlidir. Cənubi Qafqazda sülhün, sabitliyinin təmin olunmasında Fransanın heç bir yeri yoxdur”.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

Şərhlər

Şərh yazılmayıb.