Huquqaz.com

İlham Əliyevin apardığı uğurlu balanslı daxili və xarici siyasəti nəticəsində Azərbaycan istər Avropa, istərsədə ərəb dövlətləri ilə yüksək səviyyədə əlaqələr qurulmuşdur

17.01.2023
2.412
İlham Əliyevin apardığı uğurlu balanslı daxili və xarici siyasəti nəticəsində Azərbaycan istər Avropa, istərsədə ərəb dövlətləri ilə yüksək səviyyədə əlaqələr qurulmuşdur

Ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu balanslı daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan istər qonşu, istər Avropa, istərsədə ərəb dövlətləri ilə yüksək səviyyədə əlaqələr qurulmuşdur. Cənab Prezident İlham Əliyevin 15 yanvar 2023-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərinə səfəri və 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunun sübutudur. Bu gün Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Ölkə başçısı çıxışında qeyd etdiyi kimi bu gün Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Azərbaycanın istər neft qaz istərsədə bərpaolunan enerji sahəsində əldə etdiyi uğurlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin nəticəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov   

Şərhlər

Şərh yazılmayıb.