Huquqaz.com

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

29.06.2022
3.496
Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.

27 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda iştirak etmişdir. Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib”.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıtmışdır. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.

Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz quruculuq işləri apararaq Qarabağda şəhər və kəndlərimizi abadlaşdıracaq və xalqımız öz ata yurdlarına qayıdacaqdır. Hazırda hər birimiz bu sahədə sürətlə aparılan işlərin şahidiyik.

 

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.