Huquqaz.com

İkitərəfli siyasi-diplomatik münasibətlər, imzalanan155 sənəd

23.06.2022
1.821
İkitərəfli siyasi-diplomatik münasibətlər, imzalanan155 sənəd

İkitərəfli siyasi-diplomatik münasibətlər, imzalanan155 sənəd

İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb.

İlham Əliyevin dost ölkəyə budəfəki səfərinədək iki ölkə arasında 135 sənəd imzalanmışdı. Bu səfər zamanı isə mühüm sahələri əhatə edən daha 20-yə yaxın sənədin imzalanması əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Bu səfər çərçivəsində İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüş keçirdikdən sonra sənədlər imzalandı və dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Dövlət başçıları qeyd etdilər ki, aparılan danışıqlar, imzalanan sənədlər qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edib. Sənədlər arasındakı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” ikitərəfli münasibətlərdə yeni mərhələ açmaqla yanaşı, qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsi hesab edilir. Bəyanatda həmçinin xarici siyasətin prioritetləri də əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.