2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi
2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi.
Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq.Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq.Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik. Rusiya ilə münasibətlərimiz tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var.Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir
İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi.Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycan Prezidenti öz müsahibəsində Laçın yolundakı vəziyyət barədə də danışıb
İyunun 22-də Prezident İlham Əliyev Şuşa şəhərində “Euronews” televiziya kanalına geniş müsahibə verib. Bu müsahibə avqustun 1-də kanalın “Qlobal dialoq” proqramında yayımlanıb.
Ölkə başçısı öz müsahibəsində bir sıra mühüm məqamlara toxundu. Qeyd edildi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır, yəni sülh razılaşması deyildir. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı olmuşdur. Buna görə ölkəmiz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başlayıb. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən edib. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Cənab Prezident bildirib ki, “əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzümübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.
Vurğulanıb ki, danışıqlar prossesində Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn, sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
Azərbaycan Prezidenti öz müsahibəsində Laçın yolundakı vəziyyət barədə də danışıb. Bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın da Bakıya tabe olması bizim legitim tələbimizdir. Dövlətimizin başçısı vurğulayıb ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olması yolverilməzdir.
Əgər Azərbaycanda yaşayan hansısa etnik azlığa humanitar yardımlar edilirsə, buna vasitəçilik edən qurumun ofisi də Ermənistana deyil Bakıya tabe olmalıdır.
Azərbaycan Prezidenti müsahibəsində Qarabağ ermənilərinə normal həyat təklif etdi. Bildirdi ki, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Prezident İlham Əliyev: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi”
Azərbaycanın bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. Ölkəmizdə xalq-iqtidar həmrəyliyi mövcudluğu, güclü ordumuz, milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması da qələbəmizi şərtləndirən amillər sırasındadır. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bunu Paşinyan dəmir yumruğun hesabına imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb. Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Biz Ermənistanın torpağında savaşmadıq və biz zəfər çaldıq
“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verərkən bildirib: “Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq”.
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının mövqeyi ardıcıl olaraq dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində də özünü biruzə verdi və ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən mülki şəxslər qətlə yetirildi. 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan ordusu, əsgəri isə intiqamını hər zaman döyüş meydanında aldı. Azərbaycan Silahlı Qüvvələrinin hədəfində isə yalnız işğalçı ölkənin hərbi birləşmələri idi. Cəbrayıl, Füzuli, Zəngilan və digər şəhər, qəsəbə və kəndlərin alınması Azərbaycan xalqına qələbə sevincini yaşadırdı. Rəşadətli ordumuzun Şuşaya Azərbaycan bayrağını sancması Ermənistanın siyasi-hərbi rəhbərliyinə ağır bir zərbə oldu.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Biz sülh üçün hazır idik…
Bütün dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin qlobal arenada mövqeyini getdikcə gücləndirir. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş olur. Beynəlxalq qurumların Ermənistanı dəstəkləmək məqsədilə Azərbaycan əleyhinə bəyanatlar verməsinin və qətnamələr qəbul etdiyinin şahidi olmuşuq. Postmüharibə dönəmində Azərbaycan sülhün təmin olunması üçün real addımlar atmaqdadır. Moskva, Soçi, Brüssel və Praqa kimi görüşləri zamanı Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirmişdir. Bunun əksinə olaraq, Ermənistan dəfələrlə bu görüşlərdən sonra təxribatlara əl atmış, sülhə kölgə salmış, proseslərin həllini uzatmışdır. Cənab Prezidentə ünvanlanan “2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?” sualına belə cavab verib: “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”.
Əlbəttə ki, sülh Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Bildiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Beş prinsipi özündə əhatə edən sülh müqaviləsi əsasında iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Bu gün Azərbaycan dünyada sülhsevər siyasəti ilə diqqətdədir. Daxil olduğumuz regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycanın maraqları və mövqeyi nəzərə alınır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycan hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, müharibədə qalib gəlmək siyasi həyatının missiyası idi və uğurla başa çatdı. Müharibədə qalib gəldik, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Eyni zamanda, bu çağırış da edildi ki, Ermənistan sülh istəyirsə, ona nail olacağıq. Çünki Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Onlara seçim hüququnu veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Bu yanaşma legitim yanaşmadır, beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma, həmçinin separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.
Azərbaycan hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan isə himayədarlarının dəstəyinə arxalanaraq 30 illik işğal dövründə yaşananların təkrarlanmasına çalışır. Belə ki, işğalçı dövlət ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə sülh təklifini dəstəkləsə də, hələ də konkret addım atmaq istəmədiyi diqqətdən kənarda qalmır. Hansı ki, Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edib.
Regionun inkişafında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması əsasdır: “Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında geniş bəhs etdi. Bildirdi ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Hazırda Azərbaycan regionun sülh və əməkdaşlıq məkanı kimi diqqətdədir
Bütün tikililər dağıdılmış, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmişdir. İşğaldan azad edilmiş ərazilərimiz bu vəhşiliklərin təqdimatıdır. Hazırda bu ərazilərimizdə dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları davamlı xarakter daşıyır. Belə ki, Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə davam edir. Bütün bunlar Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu, yenilməzliyini, məğrurluğunu nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin yaratdığı bütün mifləri dağıtdı.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Ermənistandakı ermənilərə mesajlarını çatdırdı. Qeyd etdi ki, onların dövləti ilə sülh istəyirik. Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr təbliğatdan başqa bir şey deyildi. Müharibə bu hekayələri məhv etdi. Həmçinin Ermənistanın çox sayda ideoloji sütunlarını dağıtdı. Ermənilər dərk etdilər ki, müharibəni uduzublar. İndi Azərbaycanın sülh istəyi zəiflik kimi qəbul edilə bilməz. Bu ona görədir ki, ölkəmiz tarixin bu qara səhifəsinin bağlanmasını istəyir. Azərbaycan nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmir.
Cənab İlham Əliyev hər bir müsahibəsində dünyanın ikili standartlara əsaslanaan siyasətinə də diqqət yönəldir. Əsas olan budur ki, dövlətimizin qətiyyəti, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində ölkəmizə qarşı aparılan bütün təbliğatların əsassızlığı təsdiqlənir. Hazırda Azərbaycan regionun sülh və əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məqamları bir daha əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Sülh sazişinin prinsiplərini müəyyən edən Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Şərh yazılmayıb.