Huquqaz.com

Prinsipial mövqe

07.07.2023
1.502
Prinsipial mövqe

2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə olunduqdan sonra ölkəmiz ötən dövrdə bir sıra mühüm təşəbbüslərlə çıxış edib və mühüm nəticələr qazanılıb. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu məqsədlə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 2020-ci il mayın 4-də həmin tədbir baş tutub.Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya keçirilib.“Bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir. Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”. Azərbaycan qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edir. Ölkəmiz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.Azərbaycanın sədrliyi dövründə tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edirlər.Azərbaycan üçün əlamətdar il olan 2020-ci ildə Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən biri uğurla həll edilib. Azərbaycan Ermənistanla 30 illik münaqişəyə son qoyub və hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.Bu münaqişənin həllində Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Belə ki, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.“Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır”.

 Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Riyakarlıq və ikili standartların təzahürü

44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartlar açıq-aydın ortadadır: “Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm versə də, indiyə qədər baş vermiş bir çox hadisələr bizim cəmiyyətdə Fransaya etimadı tamamilə sarsıdıb. Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir, digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edirlər.Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə Fransada hələ də rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib: “Halbuki təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, ümumilikdə 1,5 milyon nəfər Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək əlcəzairlilər “Fransanın ərəb müsəlmanları” adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli olmaq, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etmək barədə çağırışlar edib. Fransanın Əlcəzairdə, Ruandada, Malidə, habelə Kamboca və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinə vaxtında reaksiya versəydi, bu gün Paris özünü “qlobal ombudsman” kimi aparmağa cürət etməzdi. Yalnız Əlcəzairdə 10 milyon, Ruandada 800 min insanın qətl edilməsi əmrini vermiş Fransa dövləti bu gün beynəlxalq hüquq adına söz haqqına malikolmamalıdır.

Zərdab rayon Gənclər və İdman idarəsinin Rəisi – Ələkbər Kərimov

 

 

Yenidənqurma işləri planlı şəkildə davam edir

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra azad edilmiş ərazilərdə bərpa işlərini sürətlə aparmaqda davam edir. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. Azərbaycan bunu bacarır, bu nəhəng işin öhdəsindən əzmlə gəlir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti və unikal liderlik qabiliyyəti, dövlətimizin möhkəm təməllər üzərində dayanması, Azərbaycanın dünyadakı nüfuzu, ölkəmizə olan yüksək inam və etimad, bölgədə xüsusi söz və güc sahibi olması buna imkan verir. Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir. Ən azı ona görə ki, nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə bərabər, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir.Bu gün Azərbaycanın həyata keçirdiyi hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran da bu amillərdir. Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəsini daim zirvələrə qaldırıb. Odur ki, Qarabağın tezliklə cənnət-məkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Bahar Qurbanova

 

 

Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən dərhal sonra yenidənqurma və bərpa işlərinə başlayıb.Lakin işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qayıtması üçün ən birinci əngəl mina təhlükəsidir. 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan ermənilər bu ərazilərdə külli miqdarada mina basdırıblar. Erməni terrorçuları basdırdıqları piyada və tank əleyhinə olan bu partlayıcıları qurğular sayəsində dinc əhaliyə, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər. Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir. Ermənilər tərəfindən həmin ərazilərdə millyonlarla mina basdırılıb.Bu o deməkdir ki, ermənilər müharibə bitdikdən sonra da Azərbaycana qarşı hərbi cinayətlərini davam etdirir. Həmin ərazilərin minaların təmizlənməsi uzun vaxt və böyük vəsait tələb edir, eyni zamanda insanların təhlükəsizliyi, o cümlədən mina təmizləmə işləri ilə məşğul olan insanların həyatına ciddi təhlükələr var. Azərbaycan ilk gündən mina xəritələrinin verilməsi ilə bağlı düzgün siyasət və təbliğat işləri aparıb, bununla bağlı məsələni əhatəli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.Ermənistan hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirərək hələ də minalanmış ərazilərin xəritəsini vermək istəmir. Ermənilərin bunu etməkdə isə məqsədləri bəllidir. Onlar mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, Azərbaycanın işğaldan azad etdilyi ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Bununla da Ermənistan tərəfi azərbaycanlıların öz ata-baba yurdalrına qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələrini də gecikdirirlər. Bununla Ermənistan eyni zamanda regionda sülhün bərqərar olmasına, əməkdaşlığın qurulmasına əngəllər törədirlər. Lakin Ermənistan bununla heç nəyə nail ola bilməyəcək. Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Ölkəmiz bu istiqamətdə bütün potensialından istifadə edərək həmin yerləri tez bir zamanda mina təhlükəsindən qurtarmaq üçün tədbirlər həyata keçirməkdədir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi

Müstəqil Azərbaycanın öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verməsi dünyada yüksək dəyərləndirilir. Bunu ölkəmizin BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatındakı (QH) uğurlu fəaliyyətinin timsalında da izləmək mümkündür. Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib. Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etməyə çalışdı. Respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürdü. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır.

Zərdab rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov 

Şərhlər

Şərh yazılmayıb.