Huquqaz.com

Özbəkistanda Heydər Əliyev Meydanının açılışı bir daha Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, xalqlarımızın qardaşlığının göstəricisidir

23.06.2022
2.947
Özbəkistanda Heydər Əliyev Meydanının açılışı bir daha Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, xalqlarımızın qardaşlığının göstəricisidir

Özbəkistanda Heydər Əliyev Meydanının açılışı bir daha Azərbaycan xalqının Ümummilli Liderinə hörmətinxalqlarımızın qardaşlığının göstəricisidir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Meydanının açılışı olub. Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanın azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşməsi, ərazinin tamamilə yenidən qurulması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Eyni zamanda, bu, Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Ümummilli lider Heydər Əliyevin özbək xalqına böyük sevgi ilə yanaşdığını, daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdıran Ramil Vəlibəyov deyib: “Ulu öndər Heydər Əliyevin hələ Azərbaycan SSR-in KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-in KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri də olub. Həmçinin ümummilli lider Heydər Əliyevin ötən əsrin 80-ci illərinin ortalarından keçmiş İttifaq ölkələrində başladılan milli ayrı-seçkilik hadisələrinə etirazı, eləcə də Siyasi Büro üzvlüyünə namizəd özbək rəhbər Şərəf Rəşidovun mübarizəsinə dəstək verməsi də heç kəsə sirr deyildir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da ulu öndər Heydər Əliyev Özbəkistanla əlaqələrə mühüm önəm verib. Məhz ulu öndər Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Həmçinin ulu öndər Heydər Əliyevin Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda, Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etməsi, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu ilə təltif olunması da özbək xalqının Ümummilli Liderimizə olan xüsusi münasibətinin göstəricisi olub.

“Ulu öndər Heydər Əliyevin Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri bu gün də xatırlanmaqdadır. Özbəkistanda Heydər Əliyev Meydanının açılışı bir daha Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, xalqlarımızın qardaşlığının göstəricisidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.