Huquqaz.com

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”

25.08.2023
2.396
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”

Azərbaycan gəncliyi deyəndə, bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. İstər SSSR-i tarixində olsun, istərsə də müstəqillik dönəmində Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşündü. Ümummilli Lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu Öndər hakimiyyətə gəlməzdən öncə Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı.Bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə belə qiymət verməyib. Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi deyərkən sadaladığımız bütün faktlar göz önündə durur.Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən aparılır. Ölkə Prezidenti hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyyə və tapşırıqlarını verir. Hər zaman olduğu kimi, bu gün də gənclərə diqqət və qayğı cənab Prezidentin nəzarətindədir. Təbii ki, buna görə də, Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Cənab Prezidentin gənclərlə bağlı yürütdüyü siyasət Ulu Öndərin bu sahədə yürütdüyü siyasətin davamı olaraq, bu gün Azərbaycan gənclərinin dünya miqyasında ölkəmiz üçün parlaq uğurlar qazanmasının təminatı və nəticəsidir.Ulu Öndərin hakimiyyəti zamanı olduğu kimi, bu gün də cənab cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər çox böyük uğurlar qazanırlar.Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə Ulu Öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu. Ümumiyyətlə, gənclərimizin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.

Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı– Əvəz Soltanov

 

 

“Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.”

Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudurdahi şəxsiyyətin sözləri gələcək nəsillər üçün böyük mirasdır.”Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ulu Öndərin uşaqlara böyük qayğısı, sevgisi və dəstəyi ölkəmizdə dövlət uşaq siyasətinin formalaşmasında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə uşaqların müdafiəsi və hüquqlarının qorunması istiqamətində zəngin qanunvericilik bazası yaradılıb. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”. Azərbaycan həmçinin həmin illərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul edib. Bundan başqa, ölkədə “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və digər çoxsaylı qanunlar qəbul olunub. Ulu Öndər daim kimsəsiz, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud uşaqları himayə edib, onların rahat həyat keçirmələrini təmin etmək üçün böyük işlər görüb”. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda Ümummilli Lider Heydər Əliyevin gənclərə, uşaqlara  göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən aparılır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi uşaqlaqımızın xoşbəxt gələcəyi üçün böyük təminatdır. Daha uşaqlarımız “məcburi köçkün” deyil. Dövlətimiz onların ailələri ilə birgə Qarabağa böyük qayıdışını həyata keçirir. Artıq Böyük Qayıdışın ilk addımlarının atıldığı Zəngilanın Ağalı kəndində uşaqlar üçün müasir məktəb və uşaq bağçası istifadəyə verilib. Onların öz doğma yurdlarında, ata-baba ocaqlarında böyüməsi təmin edilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun hər bir yaşayış məntəqəsində qayğısız, xoşbəxt uşaq gülüşləri eşidiləcək. Bu gün Azərbaycan Ulu Öndərin arzuladığı ölkədir. Müstəqil və qalib Azərbaycan xalqımızın xoşbəxt və yüksək rifah içərisində yaşayışını təmin edəcək. Ulu Öndərin dediyi kimi, “Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi böyük də gələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzab-əziyyətli mərhələlər, dövrlər olubsa, gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır!”.

  Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı- Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.