Huquqaz.com

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

15.06.2022
1.708
Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər: “Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək.

Babək Əliyev –Zərdab şəhər sakini, ağsaqqal

 

 

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm tarixi sənəddir. 2021-ci il iyunun 15-də bağlanmış bu müqavilə ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir. Eyni zamanda dost , qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bəyannamədə ölkələrimiz arası əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur. Burada hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhityə, təhsil və sair sahələrdəki imkan və potensialların birləşdirilməsi nəzərdə tutulur. Bu bəyannamə regionda yeni reallıqlar yaratmaq və sülhün və əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

Mayisə Xəlilova
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini.

 

Siyasi həmrəylik nümunəsi

Türkiyə Cümhuriyyətinin və Azərbayca Respublikasının dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi həqiqətdir. Hər iki ölkənin müştərək maraqlarını əks etdirən, regional və beynəlxalq məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən bu bəyannamə dərin köklərə malik dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.

Türkiyə təkcə qardaş və müttəfiq dövlət deyil, həm də NATO ölkəsi, Avropa İttifaqına üzvlüyə namizəddir. Şuşa Bəyannaməsi həm də bu baxımdan önəmlidir. İki qardaş dövlətin bu birliyi Yaxın Şərqin və Qafqazın gələcəyi, təhlükəsizliyi və inkişafı üçün bir təminatdır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya təcəllisidir

15 iyun 2021-ci il tarixi iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi, bu əlaqələrin davamlı olaraq formalaşmasında yeni bir mərhələnin əsasını qoymuş oldu. Bir il öncə əzəli və əbədi Azərbaycan torpağı olan, doğma Qarabağımızın incisi Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Bəyannaməəlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaqla region üçün yeni tarixi gerçəklik yaratmış oldu. Mühüm əhəmiyyətə maik olan Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur. Bu sənədlə ümumi maraqların qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artıracaq. Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verəcəkdir.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi 

 

 

Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədə davam etdirilir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 44 günlük haqq savaşımızın başlandığı ilk dəqiqələrdən etibarən qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu açıq və aydın şəkildə bəyan etməsi, doğma torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən müharibəsində haqq işimizi müdafiə edərək ölkəmizə dəstək olması bu dostluğun möhkəm təməllər üzərində qurulduğunu sübüt etməklə bu sarsılmaz birlyin qüdrətini bütün dünyaya nümayiş etdirmiş oldu.

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini

 

 

 Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

Tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bəyannamənin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etməklə, ilk növbədə bu sənəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu.  Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.   Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Ehtiram Osmanov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

 

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir il öncə 15 İyun – Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni – qızıl dövrü başladı. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı.Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər. İki qardaş ölkə arasında olan bütün fəaliyyətlər və eləcə də “Şuşa bəyannaməsi” onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

Kamal Xəlilov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

 

Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.

Azərbaycan-Türkiyə münasibətləri  uğrula davam və inkişaf etdirilir. Ölkəmizin ikinci dəfə öz müstəqilliyini elan etməsindən sonra keçən dövr ərzində, Azərbaycan və Türk xalqları hər zaman “İki dövlət bir millət” devizinin haqqını ödəyərək biri-birilərinin  həm sevinclərini, həm kədərlərini bölüşüblər. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha bunun şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan abirmənalı şəkildə səslənərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, 44 günlük Qarabağ Zəfərində mühüm rol oynadı.Azad olunmuş ərazilərin yenidən qurulması prosesində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində də Azərbaycan ilə Türkiyə sıx birlik, qardaşlıq və əməkdaşlıq nümayiş etdirirlər.Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı yüksələn xətlə və uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur.

Bahar Qurbanova

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

 

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Bu gün bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. İki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bu nailiyyətlərin əldə olunmasında, əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır. 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bu birliyin davamı olaraq hər iki dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun sabitliyinə, sülhə, rifaha və digər maraqlarına hesablanmış olduqca önəmli məsələlər barədə müddəaları özündə cəmləşdirib. Mühüm tarixi əhəmiyyə malik olan Bəyannamə Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Şusa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı tarixi münasibətlərəəsaslanır.

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Zərdab rayon Otmanoba kənd ümumi orta məktəbin dərs hissə müdiri: Xəyalə Bayramlı

 

 

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur

 Azərbaycan tarixində əlamətdar hadisələrdən biri 15iyun 2021 ci ildə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində iki qardaş dövlət arasında imzalanmış Şuşa Bəyannaməsidir.Bu tarixi hadisə Azərbaycan və Türkiyənin həmçinin bütün türk dünyasının həmrəylik təməli və təntənəsi deməkdir.Milli dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması iki qardaş ölkənin birliyinin və sarsilmazliginin əsas göstəricisidir.”Şuşa Bəyannaməsi” Azərbaycanın və Türkiyənin başçılığı altında regionda sülhün və təhlükəsizliyin təməlini təşkil edir.

Azərbaycan vəTurkiyə qardaşlıq və dostluq münasibətləri qədim dövrlərə təsadüf edir.1918-ci ildə Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq müqaviləsi,1921-ci ildə imzalanmış Qars müqaviləsi bunu sübut edir.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan vəTurkiyə birliyi qardaşlığı yüksək səviyyədə regionun tərəqqisinə, bölgədə sülhün və sabitliyin bərqərar olmasına kömək edir.Bunun nəticəsidir ki,44gunluk Vətən müharibəsi zamanı qardaş Türkiyə dövləti siyasi və mənəvi dəstəyini Azərbaycan dövlətinə göstərdi. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı dayanması Azərbaycan xalqinda böyük inam və qürur hissi yaratdı.

Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti onu sübut edir ki, Azərbaycan vəTurkiyə arasında olan dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyəyə qalxmış oldu və bütün dünya iki qardaş ölkənin birliyinin sarsılmaz olduğunun şahidi oldu.

Ulu öndər Heydər Əliyevin tarixi kəlamı bir daha özünü göstərdi:”İki dövlət, bir millət: Azərbaycan –Turkiyə”.

Zərdab rayon Z.Məmmədov adına Kəndəbil kənd tam orta məktəbin direktoru Səfəq Kərimova

 

 

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir.

Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsidir. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır.

Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanmış olması xüsusilə rəmzi məna daşıyır. 15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğu və yeni bir dövr başladığı kimi, 2021-cil 15 İyundan artıq Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bir dövr başlamışdır. Artıq Azərbaycan xalqı 15 İyunda iki bayramı birlikdə qeyd edir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək: “Bu sənəd, həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamə bölgədə inteqrasiya proseslərini də stimullaşdırır və əhatəli sülhə yol açır. Belə ki, bu sənəd Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradacaq”.

Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib.

Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Əlbəttə, burada Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Şübhəsiz ki, Zəngəzur dəhlizi dünya və xüsusilə də, region üçün böyük geosiyasi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. “Bu baxımdan deməliyik ki, Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir”.

Ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

Bu gün əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin fonunda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Kəmalə Məmişova  Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi

 

 

 

Şuşa Bəyannaməsi- qardaşlığın yeni tarixi mərhələsi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan Şuşa şəhəri haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. ŞuşaAzərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir, Şuşa hamı üçün əzizdir, Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yaranmışdır. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırmışdır.

2021-ci il iyunun 15-də Şuşada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı üçün tarixi bir günə – 15 İyun Milli Qurtuluş Gününə təsadüf etməsi isə ayrıca qeyd olunmalı vacib bir nüansdır. Azərbaycan dövlətçiliyinin xilas günü kimi səciyyələndirilən 15 iyun tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə daha da əzəmətlənərək xalqımız üçün ikiqat bayrama çevrildi.

 

Bayramova Rəşanə

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktor müavini

 

 

“Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir”

Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləmişdir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirdi. Çünki Azərbaycanın işi haqq işi idi.

Bu işi ilk gündə olduğu kimi bu gündə dəstəkləyən öz fikrini açıq şəkildə bütün dünyaya bəyan edən Türk Cümhuriyyətinin rəhbəri Rəcəb Tayyib Ərdoğannın səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim:Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Belə ki, müharibənin başlandığı tarixdən etibarən, sentyabrın 27-də Türkiyənin Müdafiə naziri H.Akar Azərbaycanın tərəfində olduğunu bildirərək Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır.Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq Xarici işlər naziri M.Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində Türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmişdir.Türkiyənin Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi.Prezidenti İlham Əliyev 10 dekabr Zəfər paradında çıxış edərkən qeyd etmişdir: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, dünyaya sülh və barış gətirməyin nümunəsidir. Əminlikdə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq! Yaşasın Türkiyə Azərbaycan qardaşlığı.

 

Zərdab rayon Əlvənd kənd tam  orta məktəbin direktoru  Elvin Xəlilov

 

 

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi bu ölkələr arasında müxtəlif səviyyələrdə möhkəm əlaqələrin mövcudluğunu bir daha sübut etdi. Artıq bu gün Bəyannamənin bir ili tamam olur. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Bu sənəd, həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamə bölgədə inteqrasiya proseslərini də stimullaşdırır və əhatəli sülhə yol açır. Belə ki, bu sənəd Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradacaq.

Ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək. Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır, həm də Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, region üçün yeni tarixi gerçəklik deməkdir.

 

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Turanə Həsənli

 

 

Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır

Dünyanı bir zamanlar bürümüş Osmanlı və Səfəvi xofu sanki günümüzədək davam edir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub. Ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında və İkinci Qarabağ döyüşlərində bir daha təsdiqlədi. Yenilməz ordumuzun 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Bu müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Eyni zamanda, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da atracağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal əhəmiyyətini də göstərdi. Şuşa ərazi bütövlüyünün təmin olunması, regional sabitlik və əməkdaşlıq üçün vacib, önəmli olduğu qədər Şuşa Bəyannaməsi də əhəmiyyətlidir. Bu sənəd başqa üçüncü tərəfə qarşı olmadığı üçün də beynəlxalq hüququn, münasibətlərin, prinsiplərin qorunmasının simvoludur. Şuşa Bəyannaməsi dövlətlərin bir-biri ilə əməkdaşlğı üçün örnəkdir.Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Bunun isə iki ölkə əlaqələrinin intensivləşməsinə töhfə verəcəyi ehtimalı böyükdür. İşğaldan azad edilən ərazilərdə Türkiyə-Rusiya Müştərək Mərkəzinin fəaliyyətinə töhfə verəcək Bəyannamədə, tərəflərin regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli üçün birgə səy göstərəcəyi, hər hansı dövlətin müstəqilliyinə və ya ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid və ya hücum zamanı tərəflərin bir-birinə lazımi yardım edəcəyi vurğulanır.Bir çox yerli və beynəlxalq araşdırmaçıların qənaətinə görə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə çox mühüm inkişafa səbəb ola bilər.Şuşa Bəyannaməsini tarixi Qars müqaviləsi və Moskva müqaviləsi ilə eyniləşdirirlər. Qeyd edək ki, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir.İki strateji müttəfiq olan qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib. Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

Zərdab rayonu Nizami adına Şəftəhal kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalidə Qocazadə

 

 

Şuşa Bəyannaməsi AzərbaycanIn siyasi, diplomatik və iqtisadi uğurudur

Azərbaycan və Türkiyə dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. Bu iki qardaş ölkə həm yaxşı, həm dar gündə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin şahidi bir daha oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi davam edir və hər zaman belə olacaq.

Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə ötən il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib. Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Şuşa Bəyannaməsinin müttəfiqliyin geostrateji əhəmiyyətini artırdığını deyən, deputat bildirib ki, bu sənəd ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcəkdir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır.

Ölkələrimiz  arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır.

Könül  Rəhimova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

Şuşa Bəyannaməsi-qardaşlığın yeni tarixi mərhələsi

Ötən il iyunun 15-də – xalqımız üçün böyük önəm daşıyan Milli Gurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Əminliklə deyə bilərik ki, iki qardaş ölkə və onların xalqlarının ümumi maraqlarını qorunmasında hər iki ölkənin potensiallarının birləşdirilməsini ehtiva edən sənəd Türkiyə və Azərbaycanın gələcək inkişafına dəyərli bir töhfədir.Bu tarixi sənəd ölkəmizin siyasi, diplomatik və iqtisadi uğuru olmaqla yanaşı, həm də orada nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər beynəlxalq nüfuzumuzu da artıracaqdır.Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərini stimullaşdıran bir sənəddir. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradacaq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialından istifadəyə, həmçinin Şuşa və Şuşa ətrafının gözəl turizm imkanlarının genişlənməsinə kömək edəcək.Bu Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Belə ki,  işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər, xüsusilə də Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Şuşa bəyannməsinin imzalanması həm də Siyasi həmrəylik nümunəsidir. Bu bəyannamə ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.Strateji əhəmiyyət daşıyan bəyannamə Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım sahəsində əməkdaşlığın prinsipial istiqamətidir.

Nicat Əhmədzadə

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

 

 Siyasi həmrəylik nümunəsi

Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən əks-hücum əməliyyatarı ilə 2020-ci ilin noyabr ayında ta¬rixi qələbəyə imza atdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan  və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Beləliklə, Silahı Qüvvələrimizin və müzəffər ordumuzun şanlı qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi.
44 günlük müharibə ərzində 30 illik torpaq həsrətinə son qoyuldu. Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin qətiyyti, müdrikliyi, ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində işğalçılara layiqli cavab verildi. «Dəmir Yumruq» əməliyyatı nəticəsində torpaqlarımız azad edilməsi ilə bərabər  işğalçının “məğluedilməz ordu” mifi tamamilə dağıdıldı.
Bir çox xarici təşkilatlar, qurumlar, siyasi dairələr  hərbi münaqişənin heç bir nəticəsinin olmayacağı fikrini irəli sürürsələr də, cənab Prezident İlham Əliyev “Dəmir Yumruq”əməliyyatı ilə münaqişənin həllinin qısa bir zamanda  mümkünlüyünü dünyaya sübut etdi. Bununla da, nəyi nə zaman və necə edəcəyini əminliklə bilən dövlətimizin başçısı düşməni həm diplomatik, həm də hərbi sahədə məğlub etdi, emənilərin “Böyük Ermənistan” xülyası puç etdi. Hazırda Azərbaycan bu möhtəşəm zəfərinə görə regionda gedən proseslərin bütün açarlarını öz əlində cəmləşdirir. Prezident İlham Əliyevin əldə etdiyi diplomaik uğurlar, hərbi sahədə qazanılmış qələbə ilə Azərbaycan regionda yeni siyasi reallıqlar yaradıb. Praktiki şəkildə özünü göstərən bu reallıqlar Azərbaycanın daha da inkişafına xidmət edir. Vətən müharibəsinin gedişində xalqımızın bir daha “Dəmir Yumruq” kimi birləşməsi, öz rəhbərinin ətrafında səfərbər olması mili həmrəyliyimizin nümunəsi oldu. Bu savaş zamanı nəinki ölkə daxilində yaşayan azərbaycanlılar, habelə xaricdəki soydaşlarımız erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apararaq birliyimizin daimi və sarsılmaz olduğunu dünyaya nümayiş etdirdilər. Azərbaycan xalqı Ali Baş Komandanla birgə qələbəyə addım-addım yaxınlaşdı və düşməni darmadağın etdi.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq”.
Bəli, Vətən müharibəsi bir daha xalqımızı yumruq kimi birləşdirdi. Yaşadığı ölkədən, tutduğu vəzifəsindən, sosial statusundan aslı olmayaraq hər kəs vahid milli amallar ətrafında səfərbər oldu.

 Xanım İmanova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

 

Şuşada dalğalanan Azərbaycan və  Türkiyə bayraqları ölkəmizin birliyini nümayiş etdirir.

44 günlük Vətən müharibəsi başlayan gündən Türkiyə Respublikası Azərbaycan Respublikasına  daima qardaşliq, dostluq dəstəyi nümayiş etdirdi və qəbul olunan hər bir qərarda arxamızda olduğunu, bizi tam dəstəklədiyini bir daha bütün dünyaya göstərdi. Bu gün isə Türkiyə və Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə bir sahə yoxdur ki, iki qardaş ölkə  o sahədə əməkdaşlıq etməsin. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Şuşa Bəyannaməsi imzalandığı gündən bir il müddətində Türkiyə və Azərbaycan  arasındakı qardaşlıq, müttəfiqlik daha da inkişaf etdi. Şuşa Bəyannaməsi müttəfiqliyimizi inkişaf etdirməklə yanaşı, həm də bütün türk dünyasına gözəl bir mesaj oldu. Bu gün Qarabağda yenidənqurma işlərində Türkiyə – Azərbaycan qardaşlığı birgədir və işğaldan azad olmuş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak edir. Azad edilmiş ərazilərdə start verilmiş yenidənqurma işlərini həyata keçirmək üçün ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Bu bir daha bizim birliyimizi nümayiş etdirir. İnanırıq ki, Azərbaycan və Türkiyə arasındakı bu münasibətlər təkcə iki ölkənin inkişafı üçün deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaq. Türkiyə və Azərbaycan arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək, ölkələrimizin rifahına,  işıqlı sabahına zəmin yaradacaqdır.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru Əliyeva Kəmalə Ağasəf qızı

Şərhlər

Şərh yazılmayıb.