Azərbaycan qazına olan tələbat sürətlə artır
Azərbaycan qazına olan tələbat sürətlə artır
Qədim neft diyarı Azərbaycan artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Həm də Azərbaycan qazına tələbat getdikcə artır. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür. Təsadüfi deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin bu mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.
İndi ölkəmiz yenə də mühüm layihələr reallaşdırmaqdadır. Odur ki, cənab Prezident İlham Əliyev deyib: “Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə, hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur.
Kəmalə Əliyeva – Qaravəlli kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.