Huquqaz.com

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib

21.09.2022
3.498
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində iştirak edib.

Cənab Prezident İlham Əliyev ŞƏT-nin Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Cənab Prezidentin çıxışında ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın tranzit və nəqliyyat logistika imkanları barədə olmuşdur. Bu vacib məsələyə toxunan cənab Prezident bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər göstərir ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiyillətinə malikdir və bu ildə 25 milyona qədər artırıla bilər. Bildirilib ki, bu ilin 7 ayında Azərbaycan ərazisindən keçən transit yüklərin həcmi 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Son 10 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkərək geniş, müasir nəqliyyat infrastrukturu şəbəkəsini yaradır. 2020-ci ilin sonunda Azərbaycanın Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdikdən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da atıracaq və marşurut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradlıması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı, Sammit çərçivəsində keçirtdiyi ikitərəfli görüşlər, Sammitdə qəbul edilmiş Bəyannamə gələcəkdə Azərbaycan ilə ŞƏT-na üzv ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına imkan yaradacaqdır.

 

 Nicat Əhmədzadə

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.