Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın enerji təhlükəsizliyinin müstəqillik dövründə ki,inkişafından bəhs edilib. Azərbaycan öz müstəqillik illəri ərzində ölkələrin enerji təhlükəsizliyində daha mühüm rol oynamağa çalışıb və bu səylər gün keçdikcə özünü göstərmişdir. Müstəqillik illəri ərzində öz enerji təhlükəsizliyinə sərmayə yatıraraq, daxili bazardakı tələbatları tam təmin edərək, qısa müddət ərzində Enerji təhlükəsizliyində öndə gedən ölkələrdən biri olmuşdur.
Lakin müstəqilliyimizin ilk illərində vəziyyət bu cür olmayıb. Müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə qarşılaşmış, ərazisinin əhəmiyyətli hissəsi işğal olmuş Azərbaycana diqqətin və sərmayənin cəlb edilməsində Xəzər Neft və Qaz Sərgi və Konfransı çox əhəmiyyətli rol oynayıb. Ancaq Azərbaycanın enerji təhlükəsizliyində bu günkü rolu müstəqilliyinin ilk dövrlərində olduğundan tamamilə fəqlidir və enerji təhlükəsizliyində ölkəmizə olan təlabat artır.
Kamal Xəlilov – Zərdab rayon Gənclər və idman idarəsinin əməkdaşı
Şərh yazılmayıb.