Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır
Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır
Ermənilərin törətdikləri vəhşiliklər, işğal altında saxladıqları torpaqlarda barbarlıq əməlləri barədə az qala əsrin üçdə birinə yaxın müddət ərzində bütün dünyaya bəyan etdik və nəhayət torpaqlarımızı işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti bunu öz gözü ilə görməli və etiraf etməli oldu. Hətta erməni əsilli siyasətçilər, ictimai fəallar belə Azərbaycan həqiqətlərini, reallıqları, ermənilərin vəhşiliklərini, vandallıqlarını, barbarlıqlarını etiraf edirlər, bunun insanlığa sığmayan əməllər olduğunu açıq şəkildə ifadə edirlər. Sözsüz ki, erməni vəhşilikləri silinməz izlər buraxıb, hansıki bunu təkzib etmək də mümkün deyil və dağıdılmış şəhərlərimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin görüntüləri vandalizm təzahüründə erməni simasızlığını ortaya qoyur.
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. Görüşdən bir gün əvvəl Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli təmasları və bu görüşlərdə regional və dünya çaplı məsələlərlə yanaşı Qarabağda və yaşadığımız regionla əlaqəli məsələlərin də müzakirə olunması Şuşada iki dövlət başçısının dünyaya hansı mesajları verəcəyinə diqqəti birə on nisbətində artırmışdı. Xüsusilə də, görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu.
Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Azərbaycanın mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.Regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır.Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib.
Zərdab rayonu, Gödəkqobu kənd tam orta məktəbin müəllimi- Mikayılzadə Durna
Şərh yazılmayıb.