Huquqaz.com

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar

20.05.2022
2.097
Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar

2022-ci ilin may ayının 18-də Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumu keçirildi və bu, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında bir sıra mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.
Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edərkən bu iki dost ölkə mövcud olan güclü siyasi münasibətləri qeyd edib və bildirib ki, Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayələrinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təminatında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqı ölkələrinə neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Bu gün dünyada yaranmış vəziyyət göstərir ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Şəhla Eminova –Zərdab şəhər sakini, “Əməkdar müəllim”

Şərhlər

Şərh yazılmayıb.