Huquqaz.com

Şəhidlərin qanı yerdə qalmadı

15.10.2022
1.746
Şəhidlərin qanı yerdə qalmadı

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibə Vətən müharibəsi də adlanır. Çünki canımızdan çox sevdiyimiz, uğrunda qan tökməyə hazır olduğumuz Vətən tam müstəqilliyə qovuşdu, torpaqları azad olundu. “Vətən ! Vətən ! ” deyə cümlələrə sığışdıra bilmədiyimiz müqəddəs məkanın necə dəyərli, nə qədər qiymətli və əziz olduğunu yenidən dərk etdik. Bu müharibədə torpaqlarımızın azad olunması, mənfur düşmənə verilən cavablar xalqımızı sevindirir, böyük ruh yüksəkliyi yaradırdı. Qəhrəman əsgərlərin dəmir yumruq altında birləşərək göstərdikləri şücaət nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu nəinki doğma yurdları işğal altında olan insanların, həmçinin bütün əhalimizin, ürəyi Azərbaycanla döyünən hər kəsin sevinci idi. 44 gün ərzində düşmənlərə gücümüzü və birliyimizi yenidən göstərdik. 30 ildir həsrətlə gözlədiyimiz, torpaqlarımızın bizə qaytarıldığı günlər gəlib çatdı. Düşmən torpaqlarımızdan qovuldu, beynəlxalq hüquq bərpa olundu. Qarabağla, işğal olunmuş ərazilərlə bağlı şeirlər, mahnılar oxunarkən sızlayan qəlbimiz rahatlığa qovuşdu. Qarabağ şikəstəsini qürurla dinləmək bizə nəsib oldu. Qalib dövlətin qalib vətəndaşlarıyıq biz ! Bir olduq, birləşdik, yorulmadan mübarizə apardıq və nəticədə azad Azərbaycan qazandıq. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı. Şəhidlər ölməz, unudulmaz ! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Zərdab rayon  Çallı kənd tam orta məktəbin müəllimi- Səbinə Məmmədova

Şərhlər

Şərh yazılmayıb.