Şuşa Bəyannaməsi dünyaya mesajdır
Şuşa Bəyannaməsi dünyaya mesajdır.
Olduqca böyük tarixi əhəmiyyət kəsb edən yaşadığımız günlərin mahiyyətini ifadə etmək baxımından “Tarix təkrar olunur “deyimi uğurlu seçim kimi qəbul oluna bilər. 1993-cü il iyunun 15-i Azərbaycan siyasi tarixinə xalqın qurtuluşu , vətəndaş müharibəsi, parçalanmaq , müstəqilliyini xilas günü olaraq düşdüyü kimi , 28 il sonra — 2021-ci ilin eyni günü daha bir əlamətdar tarixlə təqvimə yazıldı. Şuşa Bəyannaməsinin imzalanması,iki qardaş ölkənin olduqca həssas məzmunlu və dərin siyasi əhəmiyyət kəsb edən müddəalarla çıxış etməsi hər birimizə sonsuz qürur hissi yaşadır.
Şuşamızda imzalanan möhtəşəm tarixi sənədlə dünya Azərbaycanın regiondakı roluna bir daha şahidlik etdi. Azərbaycan dövləti paytaxt Bakıda deyil, məhz Qarabağda ,bizim üçün mənəvi dəyəri böyük olan Şuşada qardaş dövlətin liderini qarşılamaqla işğaldan azad olunmuş ərazilərimizin mənəvi çəkisini,ölkəmizin ictimai -siyasi həyatındakı rolunu göstərmiş oldu. Bu,Vətən müharibəsinin başlandığı ilk gündən və ilk saatlardan Azərbaycanın yanında olan, siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə dövləti başçısının qarşılanması idi. Ulu önder Heydər Əliyevin də dediyi kimi, “Bir millət, iki dövlət “olan Azərbaycanla Türkiyə liderləri bu dəfə Zəfərin qazanıldığı torpaqlarda müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi bu vaxta qədər iki qardaş ölkə arasında bütün sahələrdə həyata keçirilən birgə əməkdaşlığı, işbirliyini ən yüksək müstəviyə daşıdı.
Zərdab rayonu, Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun Asif
Şərh yazılmayıb.