Huquqaz.com

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər səmimi olaraq Azərbaycanın yanındadır

11.11.2024
2.665
Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər səmimi olaraq  Azərbaycanın yanındadır

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər səmimi olaraq  Azərbaycanın yanındadır

Bişkekdə keçirilən Zirvə toplantısında Azərbaycan Prezidenti bir daha xüsusilə bütövlükdə dünyada siyasi kataklizmlərin vüsət aldığı bir zamanda TDT-nın daha mükəmməl fəaliyyəti üçün ortaq maraqların qorunması naminə bir sıra mühüm açıqlamalar və təkliflərlə çıxış edib. Dövlət başçısının təhlükəsizlik, müdafiə sahəsindəki əməkdaşlığının strateji əhəmiyyətinə diqqət yönəldərək, bunun türk dünyasının sülh və əmin-amanlıq şəraitində tərəqqisi üçün əsas şərtlərdən biri olduğuna işarə edib.

Azərbaycan Prezidenti qeyd edib ki,  Naxçıvan  sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoyub: ”15 illik dövr ərzində təşkilat uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığna diqqət çəkərək Azərbaycanın Təşkilata maliyyə dəstəyi verəcəyin bəyan edib: “Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.

Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini iqtisadi və siyasi kontekstdə təqdim edən ölkə başçısı bildirdi ki, son dövrlər Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.

Azərbaycan Prezidenti çıxışı zamanı işğaldan azad edilən ərazilərimizdə görülən işlərə də toxundu. O, bildirdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir: “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”.

Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər səmimi olaraq  Azərbaycanın yanındadır: “Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.