Huquqaz.com

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar

22.05.2022
2.239
Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar.

 Azərbaycanın müxtəlif sahələrdə uzun illlərdən bəri sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Litvadır. Bu əlaqələri daha da sıxlaşdırmaq məqsədi ilə mayın 18-də  Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak edib, forumda çıxış ediblər.

Forumda iki ölkə arasında tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq üzərində keçirilən tədbirlərin aparılan müzakirə və əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcəyi bildirilib. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalar hesab olunur.
Hələ AXC dövründən başlayaraq Litva və Azərbaycan arasında müxtəlif əlaqələr qurulmuş, Litva nümayədəliyi yaradılmış və əlaqələr bu vaxta qədər də uğurla inkişaf etdirilmişdir. Eyni zamanda, hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur. Elə həmin dövrdən iki ölkə arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.Müasir dövrdə Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Yəqin ki, Litvanın xarici işlər nazirinin bu ilin aprelində Azərbaycana səfəri çərçivəsində keçirilən biznes-forum bu işin həyata keçirilməsinə yeni impuls verəcək. O da sevindiricidir ki, Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin sayı artmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə qalxmaq imkanı qazana bilər.Litvanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.Mədəniyyət sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələr də hər zaman əsas məsələlərdən hesab olunmuşdur. Müxtəlif zamanlarda Litvada Xocalı Soyqırımına həsr olunmuş anım tədbirləri, qanvermə aksiyası, Azərbaycan xalq sənət əsərlərinin təqdimatı, Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir, Litvada keçirilən folklor festivalında Azərbaycan aşıqlarının iştirakı, jurnalistlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri, Litvada Azərbaycan mədəniyyət axşamının keçirilməsi və.s bu əlaqələrin uzunmüddətliliyinin göstəricisidir.Azərbaycan-Litva biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı səmərəli müzakirələr olmuşdur. Ümid edirik ki, gələcəkdə bu və bu kimi qarşılıqlı əlaqələr daha da sıx inkişaf etdirələk.

 

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin direktoru – Sabir Əhmədov

Şərhlər

Şərh yazılmayıb.