Huquqaz.com

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var

01.02.2023
1.389
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var.

Xaricdə təhsil mövzusu həmişə Azərbaycan üçün vacib məsələ olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xüsusən gənclərin karyera, təhsil, idman və digər sahələrdə aktivliyi, uğurlu olması üçün müxtəlif proqramlar elan olunub. Elə bunlardan biri də xaricdə təhsil proqramının davamlı elan olunması və uğurla tətbiq edilməsidir. Azərbaycan prezidentinin xaricdə təhsil üçün sərəncam imzalaması, tapşırıq verməsi o deməkdir ki, bu sahənin inkişafına ehtiyac var.Xaricdə təhsil hər zaman bütün ölkələrdə əhəmiyyətli olub. Çünki müəyyən sahələr, ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün bəzən ölkədəki potensial yetməyə bilər.Və müəyyən sahələrdə ixtisaslaşmış kadrlar yetişdirməyə malik olan təcrübəli ölkələr vardır. Bu sahədə davamlı inkişafın təmin edilməsi üçün davamlı əməkdaşlıq vacibdir. Ən istedadlı, bilikli və bacarıqlı tələbələri xaricdə təhsil üçün göndərmək lazımdır. Dövlətin xərclədiyi vəsaitin qarşılığını alması həmin kadrların ölkəyə qayıdaraq burada fəaliyyətini qurmasından asılıdır. Xüsusən bu sahədə son elan olunmuş dövlət proqramının ən əhəmiyyətli amillərindən biri də budur. Xaricdə təhsil aldıqdan sonra öz ölkənə töhvə vermək.

Xaricdə gənclərin təhsil almalarının təmin olunması ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının danılmaz təcəssümüdür. Bildirim ki, burada diqqətimi çəkən xaricdə təhsil sahəsində Macarıstanla əməkdaşlığın təmin olunmasıdır. Və bir çox gənclər Macarıstanda təhsil almaq üçün çalışır və proqrama müraciət edirlər. Dediklərinə görə Macarıstanın təhsilinin çox yaxşı olduğu və bu proqramda ümumilikdə ölkələrin top universitetlərinin olmasıdır. Bu verilmiş təhsilin effektiv olacağını göstərir.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-Vəfa Xəlilli

     

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.

Xəbər verdiyimiz kimi, bu il yanvarın 29-da Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının bu gün Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə yer alıb. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.

Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunacaq mövzular arasındadır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım

 

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Macarıstan şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir.

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 2023-cü ilin fevralında Bakıda keçiriləcək CQD-nin Məşvərət Şurasının illik iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də xüsusən Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu, iki ölkənin dövlət başçılarının qəbul etdiyi “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verir.Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyətindən və Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib.Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.

İki ölkənin dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf edəcək və  qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcək. Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

İqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınının həcminin artırılmasına, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib. Ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması imkanları müzakirə olunub. Azərbaycan və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin, hər iki ölkədə təşkil olunan biznes forumların davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.  Bildiyimiz kimi Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkələrdir.  Prezidentin səfərindən sonra da ölkələr arasında ikitərəfli əməkdaşlıq dərinləşdirəcək. Eyni zamanda təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də iki ölkə bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Hacızadə Aişə.

 

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Azərbaycan və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda  yüksək səviyyədə inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm yerlərdən birini tutur. Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib.

Ölkələr arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu il yanvarında yaradılıb.  Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Macarıstanda hazırda xeyli azərbaycanlılar yaşayır, Macarıstan universitetlərində Macarıstan dövləti hesabına yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Dövlət rəsmilərimiz arasında mütəmadi görüşlər keçirilir.

Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani göstəricisidir.  2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da, əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq.

Dövlətimizin başçısı cari ilin 30 yanvar tarixində Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də, təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.

Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Ötən il  Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bir zamanlar tarixə qovuşmuş sayılan NABUKKO layihəsi artıq canlanıb. Bu gün interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra isə digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Bu məqsədlə ölkəmizdə nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Azərbaycanın uzun illər ərzində apardığı uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı. Nəticə etibarilə də iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Həmçinin vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini də Azərbaycan indi canlandırıb. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı -Gülbəniz Əhmədova

 

Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək.

Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsidir.  Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Dövlət başçımız qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani göstəricisidir.  2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da, əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Azərbaycan Prezidenti Budapeşt görüşləri zamanı dediyi kimi, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Sitat: “Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Bu yolu qət etmək heç də asan olmayıb, xüsusilə də indiki, ziddiyyətlərin dərinləşdiyi, maraqların toqquşduğu, faktiki olaraq Üçüncü Dünya Müharibəsinin getdiyi bir dönəmdə min km-lərlə məsafəni qət edib, mənzilbaşına yetişmək fövqəladə güc, qüdrət, qətiyyət, iradə tələb edirdi…Təbii ki, enerji resurslarını dünya bazarına çıxartmaqda Azərbaycanın özünün maraqları var. Eyni zamanda Avropa alıcısı da ölkəmizlə əməkdaşlığa önəm verir və müştəri olaraq əməkdaşlığa can atır, xüsusilə ona görə ki, Azərbaycanı etibarlı dövlət olaraq tanıyırlar, saziş imzalanmasa belə, tək sözlə əməkdaşlığın təməli qoyulursa, sonsuzadək davam edəcəyinə əminlikləri var. Məhz elə buna görədir ki, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Prezident Əliyev necə ki, dedi: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.Ölkə rəhbəri vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin canlandırılmasına diqqət çəkdi. Qeyd etdi ki, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq. Rəsmi Budapeştlə əməkdaşlığın digər önəmli tərəfinə gəldikdə, “Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”. Üstəlik, Prezidentin səsləndirdiyi kimi, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır: “Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Tavad Qurbanova

 

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.

Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”. Yəni imzalanan sənədlərin reallaşdırılması istiqamətində əməli fəaliyyətə başlanılacaq, vaxt itirmədən…Azərbaycan-Macarıstan əməkdaşlığı isə yalnız enerji sahəsini əhatə etmir. Ölkə başçımızın da dediyi kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. “Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir”-Prezident Əliyev növbəti birgə əməkdaşlıq və müştərək faydalanma layihələrini bu şəkildə nişan verdi, faktiki olaraq uğurların yol xəritəsini təqdim etdi.Bununla da bitməyəcək. Azərbaycan və Macarıstan arasında təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. İllərdir ki, təhsil sahəsində əməkdaşlıq mövcuddur, uğurlu nəticələr əldə olunur. Bu, Azərbaycanın təhsil sahəsinə dövlətimizin qoyduğu yatırımdır, həm də Macarıstanı məmnun edən əməkdaşlıq…

Son səfərin ən mühüm nəticələrindən biri də bu oldu ki, macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəklər! Prezident anons etdi ki, bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Sitat: “Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb”. Bəli, bu, xarici investorların Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə cəlb olunmasıdır və möhtəşəm anlaşmadır. Eyni zamanda xarici kapitalın cəlbi Azərbaycanın ədalətli mövqeyinin daha möhkəm təməllər üzərində qurulması, qəbul edilməsi deməkdir, özü də Aİ dövləti səviyyəsində. Əməkdaşlıq həm də Qarabağı bizə əbədi qazandırmağa yardımçı olur.

Eyni zamanda erməni terrorunun fəsadlarının aradan qaldırılmasında da Macarıstanla müştərək fəaliyyətimiz olacaq. Belə ki, minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Dövlət başçımız da qeyd etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Azərbaycanın uğurlarının fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə bildirən Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.

Zərdab Gənclər evi sosial xidmt müəssisəsinin metodisti –Mecidli Cəlal

 

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Məlumdur ki, Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə, regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Azərbaycan yaxın münasibətdə olduğu dövlətlərdən biri də, Macarıstan dövlətidir. Azərbaycan-Macarıstan dostluğu dərin köklərə malikdir.  Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq, interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra — təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu — istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru –Könül Rəhimova

Şərhlər

Şərh yazılmayıb.