Huquqaz.com

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

10.05.2022
2.606
Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi.

Bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan sözün həqiqi mənasında öz qətiyyətli mövqeyi ilə dünya ölkələri arasında seçilir. Bəli, Heydər Əliyevin dahiliyi bu idi. Dünyaya Azərbaycanı tanıtdı Təbii ki, əldə olunan bu uğurların əsasında düzgün və düşünülmüş iqtisadi siyasət dayanır. Heydər Əliyev iqtisadi siyasəti isə parçalanmaq və yer üzündən silinmək təhlükəsi ilə üzləşən Azərbaycan qüdrətli ölkəyə çevirdi. Hələ SSRİ rəhbərliyi dövründə həyata keçirdiyi işlər Azəbaycanda iqtisadi yüksəliş üçün zəmin rolunu oynadı. Məhz ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.

“Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi.

1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə- yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə  vəsait yönəltməyə imkan verdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır.

Ulu öndərin cəsarətlə bu islahatlara getməyinin bir səbəbi də onda idi ki, o, torpaq islahatını Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndində sınaqdan keçirmişdi. Böyük dövlət xadiminin bu sahədə müstəsna xidmətlərinin real nəticəsidir ki, indi hər il kənd təsərrüfatı məhsulları istehsalının artan dinamikası müşahidə edilir və bu da ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Məsələn, 2006-cı ildə respublikanın kənd təsərrüfatında indiki qiymətlərlə 2,1 milyard dollarlıq məcmu məhsul istehsal edilmişdi.

Fəlsəfi fikir sahiblərindən biri yazır ki, “siyasət dünyasında daimi heç nə olmadığı kimi, heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq üçün daimi qaydalar var. Siyasətdə başlıcası adekvat metod və vasitələr axtarıb tapmaqdır.” Bu metod və vasitələri tapmaqda çətinlik çəkməyən Heydər Əliyevin fenomenal siyasi istedadı ən çətin məqamda belə ona uğur gətirən qızıl qaydaya çevrilmişdi.Bu fenomenal siyasi istedad sahibinin müstəqil respublikanın iqtisadiyyatına verdiyi misilsiz töhfələrdən biri də, irəli sürdüyü unikal layihələrlə Azərbaycanı tranzit ölkəsinə çevirməsidir

Bu gün fəaliyyət göstərən Böyük İpək Yolunun bərpası, Bakı—Tbilisi—Ceyhan neft kəməri, Bakı-Tbilisi—Ərzurum qaz kəməri layihələrinin reallaşmasının ardınca hazırda gerçəkləşməkdə olan, Şimalla -Cənubu birləşdirəcək Bakı-Tbilisi – Qars yeni dəmir yolu magistralının istifadəyə verilməsi Azərbaycanı nəinki regionda, bütün dünyada çox mühüm strateji portnyora cevirəcək. Bu, Hindistanın, Cənubi Asiya və Fars körfəzi, Yaxın və Orta Şərq, Şərqi və Mərkəzi Avropa ölkələrinin Azərbaycandan keçən yüklərinin həcmini əhəmiyyətli dərəcədə artıracaq.

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi – Mənsimov Nurəli

Şərhlər

Şərh yazılmayıb.