“Region gənclərindən eko könüllülü hərəkatına ilk addım” layihəsi başlayır
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən eko könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti 3 ay davam etməklə Zərdab və Göyçay rayonlarında həyata keçiriləcəkdir. Layihə çərçivəsində region gəncləri 2 günlük Eko Könüllülük Məktəbində iştirak edəcəklər.
Qanunla.az xəbər verir ki, layihənin məqsədi region gənclərinin ekoloji sahədə könüllülük fəaliyyətinə təşviq olunması, onların bu istiqamətdə fəaliyyətlərinin artırılmasından ibarətdir.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
Şərh yazılmayıb.