Enerji potensialı
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Bulayihələrin məntiqi davamı olaraq, Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxışı zamanı bunları qeyd edib:
“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”
Zərdab Gənclər evi sosial xidmt müəssisəsinin metodisti –Mecidli Cəlal
İxrac marşrutları
Azərbaycan dünyanın ən qədim neft istehsal edən ölkələrindən biridir. Qürurverici haldır ki, dünya neft hasilatı tarixində bir sıra ilklərə məhz odlar yurdu kimi tanınan respublikamızda imza atılıb. Bu gün isə qlobal enerji məkanında Azərbaycanın üstünlüyü yalnız ölkəmizin etibarlı mənbə olması ilə məhdudlaşmır. Şaxələndirilmiş nəql marşrutlarına malik olması respublikamızın digər böyük üstünlüyüdür. Dünyada neft, qaz istehsal edən ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısı müstəqil enerji siyasəti həyata keçirə bilmirlər. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, həmin ölkələrin enerji resurslarını dünya bazarına, istehlakçılara çatdırmaq imkanları məhduddur. Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan isə əvvəlki mərhələdə ulu öndər Heydər Əliyevin, son 18 ildə isə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdıqları düşünülmüş siyasət sayəsində enerji resurslarının daşınması üçün şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Geosiyasi gərginliklərin artdığı indiki dövrdə enerji təhlükəsizliyinin təmin olunmasındaşaxələndirmənin önəmi daha da artıb.
Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlar və onların nəticələri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək qiymətləndirilir, Azərbaycanın nüfuzunu artırır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasət, əsas hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik strategiya, verilən qərarlar ölkəmizin iqtisadi, siyasi nüfuzunu artırmaqla yanaşı, regionda və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təminində ölkəmizin iştirakını, mövqeyini daha da gücləndirir.
Zərdab Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti –Mecidli Cəlal
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.Qeyd etməliyik ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.Həmçinin bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib.Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb.Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Sonuncu 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın rayonundan keçən Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına təkan verir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri.
Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.
Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğuladılar.
Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini dedi, bu münasibətlə təbriklərini çatdırdı.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.
Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
İqtisadi inkişafın əsas göstəricilərindən biri.
Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.
İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin – keçid dövrünün əsası qoyuldu.
Keçid dövrünün ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycanın hərbi təcavüz, daxili çəkişmələr, iqtisadi tənəzzüllə üzləşdiyi bir vaxtda iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Belə ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM-in istehsalında artım əvəzinə hər il azalma müşahidə edilirdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi xeyli yüksəlmişdi. Həmin dövrdə maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta – manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.
Bu strategiya xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsi kimi üç əsas hissədən ibarət idi.
Ən əvvəl xarici kapitalın, ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün böyük təcrübəyə və geniş maliyyə imkanlarına malik olan beynəlxalq neft şirkətlərinin Azərbaycana cəlb olunması lazım idi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. “Əsrin müqaviləsi”ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna çoxmilyardlı xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi. Dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.
Bunlar çoxvariantlı nəql sisteminin yaradılmasını gündəmə gətirdi. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. Həmin kəmərlərin işə düşməsi Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, dünya enerji təchizatında xüsusi çəkisi artdı.
Boru nəqliyyat infrastrukturu istismara veriləndən sonra karbohidrogen ehtiyatlarının dünya bazarına genişmiqyaslı ixracına, çoxvektorlu nəql siyasətinin həyata keçirilməsinə nail olundu və bununla əlaqədar ölkəyə valyuta daxilolmaları sürətlə artdı.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Hacızadə Aişə.
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Azərbaycanın yürütdüyü xarici siyasət kursu dövlətimizin regional və qlobal mövqelərini möhkəmləndirmək baxımdan mükəmməlliyi ilə diqqət çəkir. Prezident İlham Əliyevin dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunan şəxsiyyəti ilə vəhdət təşkil edən xarici siyasət kursu, ilk növbədə, bütün ölkələrlə qarşılıqlı maraqların təmin edilməsinə və sülh prinsipinə söykənir. Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyəli iqtisadi, siyasi münasibətləri, ABŞ, Rusiya, Çin kimi böyük super güclərlə strateji əməkdaşlıq əlaqələri, Qoşulmama Hərəkatında aktiv fəaliyyəti, Türk Dünyası Birliyi istiqamətində aparıcı mövqeyi respublikamızın xarici siyasətinin əsas prinsiplərini təşkil edir. Bu baxımdan İslam ölkələri ilə əlaqələr də dövlətimiz üçün mühüm önəm daşıyır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli əlaqələrdə müsəlman ölkələri ilə münasibətlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də son dərəcə əhəmiyyətli idi. Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə reallaşan görüşdə ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı.
Bundan başqa, Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı da böyük maraqla qarşılandı. Mərasimdə Azərbaycanın enerji təhlükəsizliyinə toxunan ölkəmizin rəhbəri bunun bir neçə il əvvəl təmin olunduğunu, respublikamızda enerji tələbatlarının tam təmin edildiyini, bundan savayı, xam neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin ixraca yönəldildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev bütün bunlarla bərabər, “Masdar” və Azərbaycan Dövlət Neft şirkətləri arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya toxunaraq, bunun qısamüddətli bir layihə olduğunu, habelə ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını vurğuladı. Dövlətimizin başçısı “Masdar” şirkəti ilə qurulan əməkdaşlığın Azərbaycanı “yaşıl enerji”nin çox mühüm ixrac mənbəyinə çevirəcəyinə də əminliyini ifadə etdi.
Cənubi Qafqazın super gücü olan Azərbaycan təkcə regionda deyil, qlobal arenada da etibarlı tərəfdaş kimi nəhəng iqtisadi layihələri uğurla həyata keçirir.Şübhəsiz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı praqmatik siyasətin məntiqi nəticəsidir. Xalq və dövlət yalnız lideri ilə qüdrətli olur. Bu baxımdan ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil edən Prezident İlham Əliyevə təşəkkürümüz sonsuzdur.
Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva.
Azərbaycanda investisiya mühiti çox müsbətdir.
Azərbaycanda investisiya mühiti çox müsbətdir” bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident xatırladıb ki, “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik“. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”, – deyə Prezident İlham Əliyev əlavə edib.
Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Gülbəniz Əhmədova
Meqa enerji layihəsi
Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.
Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.
Ötən ilin yanvarında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir
Dövlətimiz qonşu olduğu və olmadığı bütün ölkələrlə mehriban qonşuluq və tərəfdaşlığa əsaslana xarici siyasət həyata keçirir. Digər dövlətlərlə olduğu kimi ərəb dünyası ilə də böyük tarixi və mədəni bağlarımız mövcuddur. Ölkə başçımızın ərəb ölkələrinə, onların ölkəmizə olan səfərləri bu qarşılıqlı əlaqələrin bariz göstəricisidir.
Yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, onada fəaliyyətə başlayan “Dayanıqlılıq Həftəsi”ndə iştirakı ikitərəfli əməkdaşlığın, münasibətlərin nəticəsidir.
Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mövcuddur. Həmin komissiyanın protolollarında ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, kənd təsərrüfatı və s sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin ərəb ölkəsində təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirdə iştirakı dövlətimizin müsəlman və türk dünyasındakı rolunun və mövqeyinin göstəricisidir.
Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova
Şərh yazılmayıb.