Huquqaz.com

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaqdır

06.05.2022
2.027
Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaqdır

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaqdır.

Vətən müharibəsində qazanılan Zəfərdən sonar işğaldan azad olunmuş torpaqlarda abadlıq quruculuq işləri dayanmadan aparılır.Yerlə yeksan edilmiş, düşmən tapdağı altında qalan hər bir qarış gözlərimizin önündə bərpa edilir. Qarabağın iqtisadiyyatımızda, onun bütün sahələrində ən önəmli yerlərdən birini tutacağı yaxın gələcəkdə reallığa çevriləcəkdir. Digər vacib məqamlardan biri də Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə Zəngəzur dəhlizinə çıxış imkanlarıdır. Məlum olduğu kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də sözü gedən dəhliz vasitəsilə Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.Dəhlizin açılması uzun illər blokadada olmuş Naxçiva Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı , xalqımızın 100 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura qayıdışını təmin edəcək. Bu isə Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Dəkkəoba kənd tam orta məktəbin direktor müavini- Mayisə Xəlilova

Şərhlər

Şərh yazılmayıb.