Huquqaz.com

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

29.04.2024
2.964
Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyət düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir. Onu da xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.

Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya “Dağlıq Qarabağı” respublika kimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsizlik göstərib. Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru- Rəşad İsmayılov

 

 

COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Belə ki, düşünülmüş siyasət, düzgün taktika və siyasət, diplomatiyanın bir sıra digər aspektləri burada vacib rol oynayır.  Dövlət başçımızın da söylədiyi kimi, bu, bizim üçün fürsətdir. Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, ev sahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr edə bilərik. Prezident cənab İlham Əliyev bəyan etdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq.

Azərbaycanın əsas üstünlüklərindən biri COP29 bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərazilərin coğrafiyası genişlənib. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Konfransın Laçında işini davam etdirməsi buradakı reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır. Ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb. Belə ki, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq Azərbaycanın təşəbbüsü idi. Beynəlxalq forumda əsas diqqət yetirilən məsələlərdən biri də Azərbaycanın qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması və yeni rol aldığı ekoloji səhnədə əsas oyunçulardan birinə çevrilməsi oldu.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Hər bir inkişafın əsasında iqtisadi amilin dayandığı nəzərə alınaraq dövlət başçısı cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycanın istər enerji sektorunda, istərsə də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qazandığı uğurlardan geniş bəhs edir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri də bu gün ölkə mətbuatında geniş müzakirə edilir. Cənab İlham Əliyev həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Tədbirdəki çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən bəhs etdi. Dövlət başçısı İlham Əliyevin və Almaniyanın Federal Kansleri Olaf Şoltsun birgə keçirdikləri mətbuat konfransı səfərin mahiyyətini, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini bir daha açıqladı.

Olaf Şoltsun “Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır. Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafında maraqlı olmaqla yanaşı, bu əməkdaşlığın yeni istiqamətlər üzrə inkşafına səy göstərir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva 

Şərhlər

Şərh yazılmayıb.